Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoruq direktoru: Vulkan püskürən ərazidə bundan əvvəl seysmik aktivlik qeydə alınıb

"Azərbaycan ərazisi dünyada palçıq vulkanlarının klassik diyarı kimi məşhurdur. Dünyanın 42 ölkəsində 2500-dən artıq palçıq vulkanı vardır. Azərbaycanda isə 260-dan artıq palçıq vulkanı qeydə alınıb".

PİA.az-ın məlumatına görə, bunu BakıAbşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O bildirib ki, ümumiyyətlə Azərbaycan ərazisində palçıq vulkanlarının bütün növlərinə rast gəlmək mümkündür:

"Püskürmə intervallarına görə bizim ölkəmiz dünya üzrə liderliyi saxlayır. Palçıq vulkanlarının proqnozlaşdırılması mümkün deyil və digər seysmik proseslər kimi palçıq vulkanları da təhlükəlidir. Çünki palçıq vulkanları püskürən zaman alov hündürlüyü 500 metrdən yüksək olur. Yerin dərin qatlarından bərk süxurlar xaric olunur və hündür məsafələrə atılır. Ərazi boyunca palçıq vulkanının episentrindən kənarlara çoxsaylı radial ve konsantril çatlar yaranır ki, bu da təhlükəli məqamlardan hesab olunur. Son dövrlər seysmik aktivlik artdığına görə, palçıq vulkanlarının püskürməsinə tez-tez rast gəlirik. Quşçu vulkanının püskürməsi təsadüfi deyil. Çünki ərazidə bir neçə gün bundan əvvəl seysmik aktivlik qeydə alınıb və bu da palçıq vulkanlarının aktivləşməsinə təkan verir".

Onun sözlərinə görə, budəfəki püskürmə Quşçu palçıq vulkanında baş verib: "Palçıq vulkanı 3 qrupdan ibarət olub, amma bu dəfəki püskürmə qeydə alındığı yer nadir hesab edilir. Quşçu palçıq vulkanının bu dəfəki püskürməsi zamanı xaric olunmuş süxurlar bərk haldadır. Digər püskürmələr zamanı suyunu konsentrasiyası xaric olunmuş maddələrin tərkibində çox və daha hərəkətli olduğu üçün nisbətən daha geniş əraziyə yayılır. Belə ki, bu dəfə qalaq formasında bir ərazidə toplanaraq nisbətən hündür kütlə yaradıb. Hesablamalar nəticəsində fərqli hündürlüklər qeydə alınıb və ümumi xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini, həcmi isə 27 min kub təşkil edir".(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar