Bazar ertəsi, 09 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Qondarma “erməni soyqırımı” məsələsində alnımız açıq, üzümüz ağdır” – Ərdoğan

Bunu Ərdoğan Donald Trampla ikitərəfli və heyətlərarası görüşdən sonra keçirilən mətbuat konfransında bildirib...

“Qondarma erməni soyqırımı məsələsi ilı bağlı 104 il öncə müharibə şəraitində baş verən hadisələrdə qərar verənlər siyasətçilər deyil, tarixçilər olmalıdır. Bizim bu məsələdə alnımız açıq, üzümüz ağdır. Arxivlərlə bağlı erməni tərəfinə ortaq komissiyanın yaradılması təklifimiz hələ də aktualdır”.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri ABŞ-da rəsmi heyətlə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla ikitərəfli və heyətlərarası görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının “qondarma erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə tərəfinin qəzəbli olduğunu və bunun hər iki ölkə arasındakı mövcud əlaqələrə olduqca mənfi təsir göstərə biləcəyini deyib: “Türkiyə bu mövzuda ortaq dialoqun, arxivlərin açılmasının tərəfdarıdır”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Ərdoğan

Şərh yazın.

loading...

Ən çox oxunanalar