Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qondarma “Dağlıq Qarabağ”da seçkilər - Nələr ola bilər?

Gələn ay qondarma “Dağlıq Qarabağ rejimi” seçkilər keçirdəcək...

Politoloq: “Ermənilər Dağlıq Qarabağda seçkilər keçirməklə qondarma rejimə legitimlik vermək istəyirlər”

Azərbaycan yaxın bir neçə il ərzində artıq digər yollarla öz ərazi bütövlüyünü bərpa edəcək”.

Bu sözləri politoloq Zaur Məmmədov gələn ay Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “Dağlıq Qarabağ rejimi”nin keçirəcəyi seçkiləri və bu seçkilərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Gələn ay Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “Dağlıq Qarabağ rejimi” qondarma “parlament və prezident seçkiləri” keçirməyi planlaşdırıb.

Dağlıq Qarabağda keçiriləcək bu dəfəki qondarma seçkilər Ermənistanın daxili siyasətinə edəcəyi təsir baxımından maraqlıdır. Yəni düşünülür ki, əgər Paşinyan Qarabağda qondarma seçkilərdə öz adamını qondarma Dağlıq Qarabağ rəhbərliyinə gətirə bilməsə, Ermənistanda Qarabağ klanı daha da güclənəcək və Ermənistan daxilində Paşinyana qarşı siyasi cəbhəni inkişaf etdirəcək, onun devrilməsi istiqamətində işlər aparacaq.

Qondarma “Dağlıq Qarabağ rejimi”nin keçirəcəyi qondarma seçkilərin bölgəyə hansı təsirləri ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Bu seçkilər bir daha onu göstərir ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan xalqının hər bir nümayəndəsi Azərbaycana və türklərə düşmən obrazında baxır”.

Son zamanlar ermənilərin işğal etdikləri ərazilərdən çıxmayacaqları barədə açıq-aşkar bəyanatlar verdiyini vurğulayan politoloq bildirib ki, bu da beynəlxalq hüququn pozulmasıdır. Bu həm də əslində beynəlxalq sistemdə olan anarxiyanın ən bariz göstəricilərindən biridir:

“Ermənilər Dağlıq Qarabağda seçkilər keçirməklə qondarma rejimə legitimlik vermək istəyirlər. Təbii ki, bütün bunlar təəssüf doğurur. Bu seçkilər bir daha onu göstərir ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan xalqının hər bir nümayəndəsi Azərbaycana və türklərə düşmən obrazında baxır.

Baxmayaraq ki, onların özləri işğalçıdırlar. Ermənilər həm danışıqlar masasını pozurlar, həm də son zamanlar işğal etdikləri ərazilərdən çıxmayacaqları barədə açıq-aşkar bəyanatlar verməyə başlayıblar. Bu da beynəlxalq hüququn pozulmasıdır. Bu həm də əslində beynəlxalq sistemdə olan anarxiyanın ən bariz göstəricilərindən biridir.

Zaur Məmmədov: “Paşinyanın yürütdüyü siyasət mütləq şəkildə regionu müharibəyə aparır”.

Düşünürəm ki, Azərbaycan yaxın bir neçə il ərzində artıq digər yollarla öz ərazi bütövlüyünü bərpa edəcək. Son zamanlar Azərbaycan tərəfindən səsləndirilən bəyanatlarda bu versiyaya üstünlük verilməsi onu göstərir ki, Paşinyanın yürütdüyü siyasət mütləq şəkildə regionu müharibəyə aparır.

Çox təəssüflər olsun ki, həmsədr ölkələr və qonşu ölkələr proqram xarakterli çıxışlar etməklə, bəyanatlar verməklə məşğuldurlar. Əslində isə bu cür bəyanatlar deyil, münaqişənin həll edilməsində real addımlar atılmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar