Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Qohumu getdi, növbə Yəhya Musayevindir...” - 

Mədət Quliyev islahatlara başladı

Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub. Bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Unikal.org-un araşdırmasına görə, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunduqdan sonra qurumda artıq ciddi islahatlara başlayıb. 

Nazir rəhbəri olduğu qurumda korrupsiyada, qohumçuluqda adı hallanan şəxsləri vəzifəsindən azad etməyə başlayıb. Nazirlikdə bəzi məmurlara isə xəbərdarlıq edib. 

Sabiq nazir Yavər Camalovun vəfatından sonra, müdafiə sənayesi naziri postuna gətiriləcəyi deyilən qohumu Üzeyir İsmayılovu Mədət Quliyev müvafiq əmr ilə vəzifəsindən kənarlaşdırdı.
Ü.İsmayılov Y.Camalovun qardaşı Əlikram Camalovun kürəkənidir.

İstisna edilmir ki, M.Quliyev bundan sonra adı dəfələrlə korrupsiya qalmaqalında hallanan, müavini Yəhya Musayevi də vəzifəsindən kənarlaşdıracaq.

Y.Musayev adı sabiq Milli Təhlükəsizlik Naziri (MTN) Eldar Mahmudovun adamları ilə “iş birliyində” hallanır. Təbii ki, Mədət Quliyev bu iş birliyindən xəbəri olan ən yüksək rəsmi şəxsdir. Çünki, E.Mahmudovla bağlı bütün araşdırmalar M.Quliyevin “imzası” ilə həyata keçirilib. 

M.Quliyev E.Mahmudovla adı hallanan bütün məmurlarlarla yanaşı, Yəhya Musayevdən də xəbəri var. 

Xatırladaq ki, 2018-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Müdafiə Sənayesi Nazirliyinin anbarından külli miqdarda titan oğurlayan şəxslərin yaxalandı. “MTN-nin apardığı əməliyyat-axtarış tədbirləri zamanı bu qurumda digər qanunsuz məqamlar da ortaya çıxıb. Bu prosesə Müdafiə sənayesi nazirinin birinci müavini Yəhya Müsayev MTN-dəki «dostlar»ı vasitəsiylə müdaxilə edərək, problemi yoluna qoyub. 

Bununla belə, mediada yer alan məlumatlarda o da göstərilir ki, Y.Musayev vasitəsilə müdafiə sənayesinin inkişafına ayrılan büdcə vəsaitləri mənimsənilir, yeni alınan avadanlıqların qiymətləri şişirdilir. Bu prosesdə isə Yəhya Musayevin “böyük xidməti”nin olduğu bildirilir.

Nəhayət müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və onun oğlu Elvin Musayevin dəyəri 100 min dolları aşan avtomobillərlə gündəmə gəldi.

Fotolarda göründüyü kimi, Elvin Musayev dəyəri 100 min dollardan yuxarı olan avtomobillər idarə edir. Bununla yanaşı, Musayevin oğlu qiyməti yüksək olan bahalı avtomobil nömrələri ilə də tanınır. Bildirilir ki, nazir müavini Yəhya Musayevin oğlu Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarını “123”-lə bitir, hətta bu siyahıya onun 100 min dollara aldığı telefon nömrəsi də əlavə edilir. 

Məhz yuxarıda sadaladığımız səbəblərdən Y.Musayevin nazir müavini kimi postundan göndərilməsi istisna edilmir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fəttah Heydərovun dəfnində yüksək çinli məmurlar iştirak edib - Foto

Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Bakı İcra Hakimiyyətinin şöbə müdirinin daha bir obyekti üzə çıxdı - Sənəd

Beyrutda baş verən partlayışda ölüm sayı 50 nəfəri ötüb, azı 2750 yaralı var - Video, Foto, Yenilənib

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Putinin avqust sürprizləri gözlənilir - Hansı ölkəni zəbt edə bilər?

loading...

Ən çox oxunanalar