Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qocalmanı ləngidən meyvə – NAR!

Sən demə, nar şirəsinin tərkibində olan maddə qocalmanı yavaşıdırmış. Lozanna Federal politexnik məktəbinin (İsveçrə) bir qrup alimi bu nəticəyə gəlib.

Alimlərdən ibarət qrup nar şirəsinin tərkibində olan «urolitin A» maddəsi ilə klinik sınaqlar keçirib. Sınaqların nəticələri «Nature Metabolism» jurnalında dərc olunub.

Araşdırmaçılar bu nəticəyə gədiblər ki, «urolitin A» mitoxondriyanın fəaliyyətini yaxşılaşdırır və bununla da hüceyrələrin qocalmasını ləngidir. Beləliklə, elmi şəkildə sübut olunub ki, nardan istifadə orqanizmdə neqativ prosesləri ləngidir.

Soxulcan və siçanlar üzərində aparılmış sınaqlardan sonra alimlər aşağıdakı faktı qeydə alıblar: «Urolitin A» qəbul etmiş soxulcanların ömür uzunluğu orta hesabla 45,0 faiz, siçanlarda isə 42,0 faiz artıb.

İlkin məlumatlara görə, sözügedən maddə insanlara da analoji təsir göstərir.

Tədqiqatçılar gələcəkdə bu maddə əsasında dərman vasitəsinin istehsalını istisna etmirlər.(AzPolitika.info)

Pia.az

 

Etiket: Nar

loading...