Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

QMİ: Bayram namazı məscidlərdə qılınmayacaq

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək...

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verdiyi qərara əsasən bayram namazı məscidlərdə qılınmayacaq:

"Ramazan ayına dair QMİ Qazılar Şurasının fətvasında fitrə zəkatına dair tövsiyələr əksini tapıb. Bir daha xatırladırıq ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxararaq imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Fətvada qeyd olunan bütün müddəalar Ramazan ayının sonuna kimi qüvvədədir".

Qeyd edək ki, aprelin 20-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurasının Ramazan ayının başlanması ilə bağlı fətvasında deyilirdi ki, xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar verilib:

"Biz, din xadimləri mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, bütün məhdudlaşdırıcı tədbirləri dəstəkləyirik. Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə edirik. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərtilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır". (Trend)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

"Siyavuş Novruzov, artıq özü-özünü ifşa edib” - Maksim Musayev

Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı

Elmar Vəliyev ağlını itirib? – Sabiq icra başçısı barədə yayılan xəbərlərə reaksiya

Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu - Vurulma anı videosu

DSX-dən hərbi salamı ilə sosial şəbəkədə məşhurlaşan məktəbliyə jest - Foto

Ev almaq istəyənlər: Qiymətlər daha da düşəcək

Qüdrət Həsənquliyev: “Əsgərlərimiz onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər”

loading...

Ən çox oxunanalar