Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobalistlərin planı, çökən iqtisadiyyatlar və “Böyük Sıfırlama” - Hara gedirik?..

Pandemiya ilə ölkələrin iqtisadiyyatı çökür, tədarük zəncirləri dağılır, kiçik və orta sahibkarlar iflasa uğrayır, nəhəng şirkətlər və varlılar daha da böyüdülərək hər şeyin sahibinə çevrilir...

Ömər Kayani
“Mecra” qəzeti, Türkiyə

Bütün dünya böyük bir müharibənin ortasında öz yolunu tapmağa çalışır, pandemiya ilə ölkələrin iqtisadiyyatı çökür, tədarük zəncirləri dağılır, kiçik və orta sahibkarlar iflasa uğrayır, nəhəng şirkətlər və varlılar daha da böyüdülərək hər şeyin sahibinə çevrilir, valyutalar inflyasiya ilə məhv edilir və çox güman ki, 2008-ci ildəki kimi ərzaq qiymətlərinin qalxması ilə ölkələrdə böyük daxili qarşıdurmalar da təşkil olunacaq.

Bəs hələ də “Amerika seçkilərinin nəticəsi necə olacaq?”, deyə gözləyirsiniz? Bunun cavabını almaq çox vaxt apara bilər. Çünki “Time” jurnalının noyabr ayının üz qabığında çıxan və artıq hər kəsin dilinə düşən “Great Reset” (Big Reset) məsələsi dünya gündəmində yer tutmağa davam edir.

Təqribən 3-4 ildir ki, məqalələrimizdə dünyanı həm iqtisadi, həm də dini baxımdan necə sıfırlamaq istədiklərini təhlil edirik. Bu mövzunu isə Amerika prezident seçkiləri ilə əlaqələndirərək qiymətləndirmək lazımdır.

2016-cı ildə tarixin ən böyük iqtisadi çöküşündən sonra dünyaya yeni bir sistemin gətirilməsi ilə bağlı planlardan yazmışdıq. 2016-cı ilin sonunda böyük iqtisadi fəlakət olmasını gözləyirdik və Trampın rəqibi Hilari Klinton ABŞ prezident seçkilərində qalib gəldikdə “qlobal” işlər onun planlaşdırdığı kimi gedəcəkdi.

Ancaq bu hesab sona qədər işləmədi və Tramp 2016-ci ilin noyabr seçkilərində qalib gələrək 45-ci Amerika Prezidenti oldu.

Trampın qalib gəldiyi günün səhəri çıxan “Arrival” (Gəliş) filmi üzərindən 2016-cı ilin noyabrında “Gələcəkdilər, amma sanki gələ bilmədilər”, başlıqlı bir yazı qələmə alaraq filmin analizini də etmişdik.

Hər yerdə lokal qlobalistlər

“Luis Banks universitetdə qədim dilləri tədris edən bir dilçidir. Dünyanın 12 fərqli ölkəsində kosmik gəmilərin enməsindən sonra Banksın rəhbərlik etdiyi elit bir komandaya gəmilərdən alınan qeydlərin araşdırılması üçün bir vəzifə verilir. Düşən gəmilərin dinc, yoxsa təcavüzkar olduğunu anlamaq üçün az vaxtları var. Zamanla yarışaraq öz həyatlarını və bəlkə də bəşəriyyəti təhdid edən bir duruma cavab tapmağa çalışırlar”.

Bu nöqtədə “dünyanın xeyri üçün” ətrafa trilyonlar saçmağa hazır olan BVF prezidentinin və Dünya İqtisadi Forumunun qurucu sədri Klaus Şvabın açıqlamaları yada düşür. Xeyirxah Şaxta babamız Şvab nə demişdi?

“Pandemiyadan sonra zənginlərdən kasıblara və kapital sahiblərindən fəhlələrə qədər böyük bir köçürülmə olacaq. Hazırda iki böyük problemlə üz-üzəyik. Birincisi, varlı ilə kasıb arasındakı uçurumun dərinləşməsi, ikincisi isə iqlim böhranıdır. İndi bunlara bir də Covid-19 pandemiyası əlavə edildi. Reallıq odur ki, Covid-19 böhranından ən çox əziyyət çəkən iki ölkə, yəni ABŞ və İngiltərə neoliberalizmin ən təsirli olduğu ölkələrdir. Pandemiya böhranı neoliberalizmin artıq köhnəldiyini göstərdi”.

Düşünülmüş addım

Başqa sözlə, cənab Şvab “Gəliş” filmindəki dilçi Banks (ingiliscə Banklar) xanım kimi dünyanın ən böyük iki böhranını sıfırlama yolu ilə həll etməyə çalışır.

Ancaq biz 4 il əvvəlki filmimizə qayıdaq.

Filmdə Hilari Klinton seçildikdən sonra irqi və dini mənsubiyyəti olmayan, yəni bir növ “yadplanetli” deyə biləcəyimiz qlobalistlər dünyanın zirvəsində olacaqdılar. Düşünürük ki, filmin ssenari müəlliflərinin ən böyük məyusluğu Hilari Klinton prezident seçilməməsi oldu.

ABŞ Prezident seçkilərinin nəticələri açıqlandıqdan bir gün sonra filmi yayımlamaq həqiqətən düşünülmüş addım idi və dünyanın 12 fərqli bölgəsinə düşən kosmik gəmilər afişalarda “göz” şəklində idi.

ABŞ hökuməti öz ərazisindəki gəmini araşdırmaq üçün dilçi alimin rəhbərlik etdiyi elit bir qrup toplayır. Dilçi simvolu da maraqlıdır. Çünki qlobalistlərin simvolik bankı olan HSBC-nin reklamlarında da “dünyanın yerli bankı” na bənzər bir şüarla bu mesaj verilib. Başqa sözlə, həm qlobal, həm də yerli olan multikulturalist bir bankdır. Qısaca qlobalistlər adlandırmaq daha doğru olar.

Söz HSBC-dən düşmüşkən bir neçə xəbəri nəzərinizə çatdıraq. İyun ayında HSBC Çinin Honkonqla bağlı Milli Təhlükəsizlik Qanununu dəstəkləyən bir mətni imzalamışdı. Çinin Honkonq üzərindəki dikta hakimiyyətini gücləndirən və aylarla Honkonq sakinlərinin küçələrdə ölüm bahasına müqavimət göstərdiyi və xüsusilə, İngiltərə və ABŞ-ın qarşı çıxdığı qanundan söhbət gedir.

Həmçinin, yuxarıda adı çəkilən Dünya İqtisadi Forumunun qurucu sədri Klaus Şvabın “köhnəlmiş neoliberalizmin ən təsirli olduğu və Covid-19 böhranından ən çox zərər çəkmiş iki ölkə” adlandırdığı ölkələrdən - ABŞ və İngiltərədən söhbət gedir.

Bunları nəzərə aldıqda mənzərə daha aydın görünür.

İyun ayında ABŞ Dövlət Katibi Pompeo həmin bankı Pekinin “korporativ yaltağı” olmaqda günahlandırmış, sentyabr ayında bir Çin qəzetində çıxan bir xəbərdə HSBC-nin “etibarsız varlıqlar siyahısına” əlavə edilə biləcəyini və Çinin milli təhlükəsizliyi üçün bir təhdid ola biləcəyini söyləmişdi. Beləliklə, HSBC-nin səhmləri 25 ilin ən aşağı səviyyəsinə enmişdi.

Zənnimcə, qlobal kapitalın bayrağını daşıyan və mərkəzi Londonda (ingilis deyil) olan bu bankın mənfəətinin çox hissəsini Honkonqdan aldığı üçün Çinə qarşı hərəkət etməməsi ABŞ və Çin arasındakı mübarizədə dünyanın gəldiyi nöqtəni anlamaq baxımından ciddi bir nümunədir.

“Tək mərkəzli dünya qurun”

Faktlardan sonra yenidən filmə qayıtsaq:

“Əsas məsələyə gəlsək, yadplanetlilərin dərdi dünyanın fərqli ölkələrinə yüksək texnologiyadan parçalar verərək dünya ölkələrini bir yerə toplamaqdır. Ölkələr əllərindəki məlumatları digərləri ilə birləşdirərək yüksək texnologiyalara çatacaq və gələcəkdə yadplanetlilərə kömək edəcəklər”.

Bəs kimə qarşı?

Yadplanetliləri təhdid edəcək bir düşmənə qarşı. Başqa sözlə, yadplanetlilərin gələcəyi görmək qabiliyyəti də var. Burası lap maraqlıdır. Allahı roluna bürünən yadplanetlilərin “dünya ölkələri birləşsin” mesajı verməsi olduqca maraqlıdır. Filmdə təkcə bu sözlər deyilməyib:

“Birləşin, fərqlərinizi unudun, yeni bir dünya nizamı və vahid mərkəzli bir dünya qurun”.

Yadplanetlilərin təqdim etdiyi texnologiyanı bölüşmək istəməyən Rusiya da yaradılan “qlobal dilçi komanda” ilə məlumat paylaşmağı dayandırır. Sonra da yadplanetlilərin istila etməyə hazırlaşdığından şübhələnən Çin ultimatum verərək yadplanetliləri müharibə ilə təhdid edir. Lakin filmin sonunda Çin sülhü qəbul edir.

Bu necə olacaq?

Təbii ki, Çin prezidentinin vəfat edən həyat yoldaşının son nəfəsində barışıq haqqında dediyi sözləri bir şəkildə yadplanetlilərdən öyrənən Luis Banksın bu sözləri xatırlayaraq “gələcəyi görmə qabiliyyəti” olduğunu isbat etməsi ilə.

İllərdir “The Economist” jurnalının üz qabığında qlobal şeytanların gələcəyimizi necə planlaşdırdığını müzakirə edirlərsə, filmdə də Çinin dünyaya hökm edəcəyi ilə bağlı planlarını göstərməyə çalışıblar.

Yeri gəlmişkən, qeyd edək ki, film afişalarından birində kosmik gəmi Çinin əsl maliyyə mərkəzi olan Şanxayın tam üzərində yerləşir.

Bu nə deməkdir? “Gözümüz iqtisadiyyatınızdadır, səhv addım atmayın”, mesaj verilir?

Tramp Çin virusu və ya Çin vəbasının ölkəsinin iqtisadiyyatını çökdürdüyünü dediyi halda, Co Baydenin oğlu Hanter Baydenin kompüterindən çıxan qanunsuz seks görüntüləri ilə yanaşı, çinli “köhnə” casuslarla etdiyi çirkli ticarət əlaqələrinin elektron qeydləri gündəmə bomba kimi düşmədi. Çünki əvvəlcədən “xəbər nasistləri” adlandırılan sosial media nəhəngləri tərəfindən bloklanırlar.

Hələ məsələ bununla da məhdudlaşmır.

ABŞ prezidentliyinə namizəd olan Trampın rəqibi Co Baydenin Ukrayna və Çinlə apardığı qanunsuz ticarət əlaqələri ilə bağlı xəbər hazırlayan “New York Post” kimi 200 illik bir qəzet belə Twitter və Facebook kimi sosial media nəhəngləri tərəfindən bloklanır. Digər tərəfdən, Amerika Konqresi Google, Twitter və Facebook kimi texnologiya nəhənglərini ABŞ seçkilərindən bir neçə gün əvvəl konqresdə hesab verməyə çağırmışdı. Üstəlik, hər iki partiyanın ortaq qərarı ilə.

Yəni arada qalanlar təkcə Türkiyə kimi ölkələr və ya HSBC kimi banklar deyil. Bütün dünya bu böyük müharibənin ortasında özünə yol tapmağa çalışır, ölkələrin iqtisadiyyatları pandemiya ilə çökdürülür, tədarük zəncirləri dağıdılır, kiçik və orta sahibkarlar iflasa uğrayır, nəhəng şirkətlər və varlılar daha da böyüyür və hər şeyin sahibinə çevrilir, pullar inflyasiya ilə yandırılır və çox güman ki, 2008-ci ildə olduğu kimi artan ərzaq qiymətləri ölkələrdə böyük daxili qarşıdurmalara səbəb olacaq.

Hələ də “Amerika seçkilərinin nəticəsi necə olacaq?" deyə düşünürsünüz? Bunun cavabını almaq çox vaxt apara bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar