Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal böhran başladı - Dünya İnvestisiya bankları elan etdi

Dünya böhranı elan edildi...

İnvestisiya bankları Goldman Sachs və Morgan Stanley qlobal böhranın başladığını elan ediblər.

Bu barədə “Bloomberq” məlumat yayıb. Analitiklərin fikrincə, indi söhbət tənəzzülün dərinliyindən və onun nə qədər davam edə biləcəyindən gedir.

Morgan Stanley-in iqtisadçısı Çetan Ahya deyib ki, tənəzzülü 2020-ci ildə qlobal iqtisadiyyat üçün baza ssenarisi kimi görür. İlin nəticələrinə görə, onun artımı 0,9 faizdən çox olmayacaq. Goldman Sachs şirkətindən Jan Hatzius'a görə isə qlobal ümumi daxili məhsulun (ÜDM) artımı 1,25 faizə çatacaq.

S&P reytinq agentliyi artımın 1-1,5 faiz arasında olacağını proqnozlaşdırır. Agentliyin fikrini öyrəndiyi bütün ekspertlər, qlobal böhranın ÜDM-in 0.8 faizə enməsinə səbəb olduğu 2008-ci ildəki vəziyyətlə müqayisədə tənəzzülün daha az olacağını bildiriblər. Ancaq təsiri 2001-ci ildə partlayan “iqtisadi köpük” və 1990-cı illərin əvvəlindəki böhran dövründə olduğundan daha çox hiss olunacaq.

Nəşr həmçinin qeyd edir ki, analitiklərin çoxsaylı mənfi proqnozları müxtəlif ölkələrin maliyyə orqanlarını istehsalçılara və kiçik müəssisələrə daha çox dəstək tədbirləri göstərməyə təşviq etməlidir.

Müəlliflər qeyd edirlər ki, artan böhrana hələlik heç də bütün hökumətlər və mərkəzi banklar reaksiya vermirlər. Bu mənada baza payını, demək olar ki, sıfır səviyyəsinə qədər azaltmış ABŞ-ın Federal Ehtiyat Sistemi təcili ölçülər qəbul etmiş azsaylı tənzimçilərdən biri oldu. (Virtualaz.org)

pia.az


Etiket: Qlobal böhran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar