Cümə axşamı, 22 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qiymət artımının məntiqi və sualı

İqtisadçı Rövşən Ağayev qiymət artımı ilə bağlı şərh yayıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, normal bazar şəraitində “süni qiymət artımı” adı ilə biznesə müdaxilə qəbuledilməzdir: “Bazarda eyni məhsulun çoxlu istehsalçısının olduğu, eyni adda məhsulun fərqli çeşidlərlə təqdim edildiyi şəraitdə hökumətimizin leksikonunda oturuşmuş “süni qiymət artımı” mümkün deyil.

Sağlam rəqabət və istehlakçı üçün alternativ seçimlər varsa, qiyməti bazar diktə edəcək. Bu şəraitdə qiymət artırsa, deməli, bazar belə tələb qoyur.

Fevralın 27-də “Araz” marketlər şəbəkəsindən Naxçıvan lavaşını 27% bahasına aldım. Son bir həftənin bahalaşmasıdır. Əgər xərclərin artımını zəruri edən iqtisadi şərtlər varsa, buna müdaxilə qətiyyən doğru deyil. İlin əvvəlində yanacağın bahalaşması istehsal xərclərini artırırdı.

Amma bu artıma unun bahalanmasının təsirini araşdırmaq çox vacibdir. Çünki hökumət una görə istehsalçılara subsidiya müəyyən edib. Əgər subsidiya çörəyin bahalanmasını dayandırmırsa, onda hökumətin subsidiya qərarı ləğv olunmalıdır. Büdcə vəsaitini havaya sovurmağın, un istehsalçılarına gərəksiz dəstəyin faydası nə oldu istehlakçıya?

Bazarda un istehsalının vəziyyətini araşdırmağa ehtiyac var. Bazarın tələbatını neçə un istehsalçısı ödəyir, onların payı necə bölünür? Niyə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məlumatları istehlakçılarla çatdırmasın ki?”

Nazirlər Kabinetinin 16 fevral qərarına görə, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonu üçün 35 manat məbləğində subsidiya veriləcək. Proses 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrü əhatə edir.

Başqa bir qərar 2021-ci il mayın 1-dək ixrac olunan bəzi buğda sortlarının hər tonuna görə 200 dollar rüsum müəyyənləşdirib.

Qərarlar ərzaqlıq buğdanın idxal qiymətinin artmasının un və un məmulatlarının qiymətinə təsirini azaltmaq istəyi ilə əsaslandırılıb.

Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri artırılıb. Tarif (qiymət) Şurasının qərarına əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpikdən 1 manata, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpikdən 80 qəpiyə yüksəlib. (novator.az)

pia.az


Etiket:


Populyar xəbərlər

Bloger Mehman Hüseynov deputat Razi Nurullayevi biabır etdi - Fotolar

Məhkəmə sədrini polisə apardılar - General göstəriş verdi və... - Foto

"Bu mən deyiləm, mənim nömrəm deyil" - Hüseynbala Mirələmovdan açıqlama

Korrupsiya İdarəsi baş həkimləri saxladı: TƏBİB rəhbərliyində nə baş verir? - Baş Prokurorluqdan açıqlama - Yeniləndi

Sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun əxlaqsızlığı sosial şəbəkələrdə - Video

Həbs edilən baş həkim generalın qohumudur - Foto

Nazirin töhmət verdiyi direktor necə şöbə müdiri olub?

ATV-dən Zaurun verilişinin bağlanması ilə bağlı açıqlama

"Aztelekom"ın rəhbərliyinə müvəqqəti təyinat olub - Yenilənib

Türk generaldan Ermənistana: “Səsinizi kəsin, yoxsa Göyçəyə də, İrəvana da girərik”

Mirələmovun videosu hansı şəraitdə çəkilib, kim yayıb? - Təfərrüatlar

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovdan xəbər var

Ən çox oxunanalar