Çərşənbə axşamı, 02 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qiymət artımını durdurmaq üçün hökümət hansı təxirəsalınmaz  addımlar atmalıdır?..  - Sabiq maliyyə naziri açıqladı

Hökümət bütün sahələrdə gedən sürətli qiymət artımıma niyə müdaxilə etmir və seyrçi mövqe nümayiş etdirir?..

Fikrət Yusifov: “Cari ildə yanacağın və suyun qiymətlərinin qaldırılması digər məhsulların qiymətlərinin artımı üçün bir əsas oldu. Təbii ki, bəzi istehsalçılar və ticarətlə məşğul olan iş adamları bu amildən “geninə-boluna” istifadə edərək, məhsulların qiymətlərini real ola biləcəyindən daha çox qaldırdılar”.

“Qiymətlərin durmadan artmasını şərtləndirən digər subyektiv səbəblər sırasında, qazın və elektrik enerjisinin qiymətlərinin qaldırılacağına dair mətbuatda və sosial şəbəkələrdə yayılan informasiyalar da var”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov Azərbaycanda bütün sahələr üzrə sürətli qiymət artımının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bundan sonra bütün sahələr üzrə Azərbaycanda sürətli qiymət artımı gedir. Lakin buna baxmayaraq hökümət prossesə müdaxilə etmir və seyrçi mövqe nümayiş etdirir.

Hökümətin hazırkı siyasətini necə dəyərləndirmək olar və qiymət artımını durdurmaq üçün hansı təxirəsalınmaz addımlar atılmalıdır?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri Fikrət Yusifov ilə müzakirə edib.

Fikrət Yusifov: “İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən, ancaq fəaliyyəti hələlik bir o qədər də səmərəli olmayan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət öz sözünü deməyi bacarmalıdır”.

Bəzi iş adamları “hadisələri qabaqlayaraq” hələ bu qiymətlər qalxmadan öz işlərini “ehtiyatlı” tutmağa çalışdıqlarını düşünən sabiq maliyyə naziri PİA.az-a bildirib ki, eyni sözləri milli valyutanın məzənnəsində baş verə biləcək dəyişikliklərə dair sosial şəbəkələrdə dolaşan informasiyalar barəsində söyləmək mümkündür. Mərkəzi Bankın rəhbərliyi bu informasiyanı bir neçə dəfə təkzib etsə də, sahibkarlar 2015-ci ildəki qəfil devalvasiya dalğasını unuda bilmirlər:

“Ölkədə qiymət artımlarını şərtləndirən obyektiv və subyektiv səbəblər var. Cari ildə yanacağın və suyun qiymətlərinin qaldırılması digər məhsulların qiymətlərinin artımı üçün bir əsas oldu. Təbii ki, bəzi istehsalçılar və ticarətlə məşğul olan iş adamları bu amildən “geninə-boluna” istifadə edərək, məhsulların qiymətlərini real ola biləcəyindən daha çox qaldırdılar. Burada təbii ki, İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən, ancaq fəaliyyəti hələlik bir o qədər də səmərəli olmayan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət öz sözünü deməyi bacarmalıdı.

Qiymətlərin durmadan artmasını şərtləndirən digər subyektiv səbəblər sırasında, qazın və elektrik enerjisinin qiymətlərinin qaldırılacağına dair mətbuatda və sosial şəbəkələrdə yayılan informasiyalar da var. Bəzi iş adamları “hadisələri qabaqlayaraq” hələ bu qiymətlər qalxmadan öz işlərini “ehtiyatlı” tutmağa çalışırlar. Eyni sözləri milli valyutanın məzənnəsində baş verə biləcək dəyişikliklərə dair sosial şəbəkələrdə dolaşan informasiyalar barəsində söyləmək mümkündür. Mərkəzi Bankın rəhbərliyi bu informasiyanı bir neçə dəfə təkzib etsə də, sahibkarlar 2015-ci ildəki qəfil devalvasiya dalğasını unuda bilmirlər.

Bəs bütövlükdə qiymətlərin yüksəlməsi necə baş verir? Təbi ki, bu hal tələb və təklif arasındakı balans pozulanda baş verir. Əgər bazara eyni məhsuldan çox təklif olunursa, bu halda təklif tələbi üstələyir və biz həmən məhsulların qiymətlərinin azalmasını müşahidə edirik. Bunun əksi baş verdikdə isə qiymətlər yüksəlir. Bariz bir nümunə. Son illər ərzində OPEK neftin qiymətlərini necə tənzimləməyə çalışır? Məsələn, pandemiya səbəbindən dünya iqtisadiyyatında aktivlik azaldı və bu səbəbdən də neftə olan tələbat aşağı düşdü.

Neftə olan tələbin azalmasına baxmayaraq, neft hasil edən ölkələr əvvəlki qaydada neft hasil edib, bazara da əvvəlki qədər neft çıxarmaqda davam etdilər. Beləliklə neft bazarında təklif tələbi üstələdi və qiymətlər sürətlə aşağı düşməyə başladı. Bu vəziyyəti nizamlamaq və neftin qiymətlərinin aşağı düşməsinin qarşısını almaq üçün OPEK ona üzv olan və onunla tərəfdaşlıq edən ölkələrlə birlikdə müəyyən dövr üçün neftin hasilatının azaldılması barədə qərar qəbul etdi. Beləliklə, neft bazarında tələblə təklif arasında uyğunsuzluq aradan qaldırıldı və qiymətlər sabitləşdi. İstənilən bazarda, istənilən məhsulun qiymətləri belə tənzimlənə bilir.

Fikrət Yusifov: “İlk növbədə ölkəyə gətirilən məhsullara gömrük rüsum və vergilərinin dərəcələri yenidən baxılaraq onları kəskin azaltmaq lazımdır”.

2020-ci ildə Azərbaycana 13,5 milyard dollar həcmində məhsullar idxal edilib. Daxili bazarın tələbini ödəmək üçün ölkəyə idxal olunan bu məhsulların idxal rüsumları ortalama 40 % ətrafındadır. Bu fantastik rüsumlar qiymətlərə ciddi təsir edir. Dünyanın heç yerində bu səviyyədə gömrük rüsumları və vergiləri mövcud deyil. Biz bu barədə mətbuat səhifələrində dəfələrlə çıxışlar etmişik. Bir qədər öncə vətəndaşların ölkə ərazisinə rüsumsuz gətirdikləri məhsulların həcminin kəskin azaldılması da bazarda qiymətlərin yüksəlməsinə səbəb olan amillərdən biridir. İnsanlar özləri ilə gətirdikləri məhsulların hamısını öz istehlaklarına yönəltmirdilər, o məhsulların bir qismi də bazara çıxaraq bolluq yaradılmasına xidmət edirdi.

Qiymətlərin artımının qarşısını necə almaq olar? Bunu inzabati yollardan daha çox, təbi yollarla etmək lazımdır. İlk növbədə ölkəyə gətirilən məhsullara gömrük rüsum və vergilərinin dərəcələri yenidən baxılaraq onları kəskin azaltmaq lazımdır. Biz nəhayət ki, xəzinəyə daha çox vəsait toplamağın səmərəli yollları üzərində düşünməliyik. Bu yollardan birinin düsturu isə çox sadədir: az rüsum və vergilərlə daha çox məhsulun gəlməsinə şərait yaradıb, dövriyyənin artırılması hesabına büdcəyə daxilolmaları da artırırıq. Bu yol seçilərsə, xəzinəyə indikindən bir neçə dəfə çox vəsait toplamaq olar.

Eyni zamanda bu yol ölkədə məhsul bolluğunun yaranmasına və qiymətlərin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarar. Qiymətlərin kəskin şəkildə azaldılmasının daha bir yolu isə fiziki şəxslərin ölkəyə gətirdikləri məhsulların həcminə qoyulan limiti bir neçə dəfə artırmaqdan keçir”.

Nərminə UMUDLU
pia.az


z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

Azərbaycan Xarici İşlər nazirliyinin bəyənatları yenidən yalvarici formaya düşüb

Ramiz Mehdiyevin qardaşı oğluna yüksək vəzifə verildi

"OBA"da üzərində söyüş yazılan qadın corbaları satılır - Foto

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı

“Təxminən 5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaqq” - Yəhudi politoloq

Azərbaycanda gəlin qayınanasını döydü: "Evə kişi gətirirdi və..." - Şok Video

Hacı Qamətdən daha bir absurd: “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır” - Video

İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

Ən çox oxunanalar