Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qısa zamanda arıqladan çaylar

Metabolizmanı sürətləndirən çay reseptləri

Artıq çəkidən qurtulmaq və hər zaman ideal bədən quruluşunu saxlamaq üçün maddələr mübadiləsinin hər zaman sürətli işləməsi lazımdır.

Axşam.az xəbər verir ki, zəif işləyən mübadilə daha çox kilo almanıza səbəb ola bilər. Bunun qarşısını almaq üçün gündəlik qida rasionunuza sadəcə bir neçə çay əlavə etməlisiniz.

Yaşıl çay

Aparılan bir çox araşdırma nəticəsində məlum olub ki, yaşıl çay metabolizmi sürətləndirməklə yanaşı, piyləri də əridir. Yaşıl çay metabolizmi 4 dəfə sürətləndirir.

Zəncəfil çayı

Zəncəfil çayı damarlardan qanın daha sürətli axmasını təmin edir və bədənin temperaturunu artırır. Bu durumda metabolizm sürətlənir. Bu çay həm də həzm sisteminin sağlam işləməsinə əngəl olan bakteriyaları öldürür.

Darçın çayı

Pəhrizdə olanlara tez-tez məsləhət görülən darçın ədviyyat olaraq istifadə edildiyi kimi, çay olaraq da istifadə edilə bilər.

Mate çayı

Arıqlamaq üçün olan çayların arasında ən çox tələbat olan çaylardan biridir. Cənubi Afrikada yetişən mate ağacının yarpaqlarından əldə edilən bu çay artıq çəkinin toplanmasına əngəl olur.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: çay diyet

Şərh yazın.

loading...

Ən çox oxunanalar