Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstanda referendum və yerli şuralara seçkilər başa çatdı

Qırğızıstanda konstitusiyaya düzəlişlərin tətbiqi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb.

TASS bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

"Axşam saat 20-də (Bakı vaxtı üzrə saat 18:00) 2 483 seçki məntəqəsi bağlanıb, hansılar ki, bu gün səhər saat 8:00-dan (Bakı vaxtı ilə saat 06:00) işləyib", - Mərkəzi Seçki Komissiyasının nümayəndəsi bildirib. Onun məlumatına görə, səsvermədə vətəndaşların təxminən 30%-i iştirak edib, ancaq məntəqələrdən Bişkekə informasiyalar gəlməkdə davam edir, buna görə də rəqəmlər dəyişəcək.

Səsvermənin gedişini 31 ölkədən 180-dən çox beynəlxalq müşahidəçi izləyib.

MSK-nın rəhbəri Nurjan Şayldabekova bildirib ki, səsvermənin ilkin nəticələri onun başa çatmasından sonrakı 1 saat ərzində məlum olacaq.

Seçkilərdə 420 şəhər və kənd şuralarındakı 7 560 yerə 18 772 namizəd iddialıdır, onlardan 63-ü siyasi partiyaların namizədləri kimi qeydə alınıb, digərləri namizədliklərini müstəqil irəli sürüblər.

Qeyd edək ki, Qırğızıstanda yerli hakimiyyət orqanlarına seçkilər və konstitusiyaya dəyişikliklərin tətbiqi ilə bağlı referendum keçirilib. Seçicilərin 30%-nin səsvermədə iştirak edəcəyi halda referendum baş tutmuş hesab edilir. Referendumla eyni zamanda ölkənin 28 şəhərində və 420 kənd dairəsində yerli şuralara seçkilər keçirilib.

**10:20

Bu gün Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi-referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkə üzrə 2 min 483 məntəqə fəaliyyət göstərir, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilir. Siyahılara səs hüququ olan 3,3 milyon seçicinin adı salınıb.

Səhər saatlarında Qırğızıstan Prezidenti Sadır Japarov xanımı ilə Bişkekdəki məntəqələrin birində səs verib.

Referendumu və yerli şuralara seçkiləri TÜRKPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Fərrux Cumayev və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından Aydın Cəfərov izləyirlər.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova ilk mətbuat konfransında bildirib ki, konstitusiya layihəsi ilə bağlı keçirilən bu referenduma prezidentin səlahiyyətlərinin artırılması, bu sistemə keçid üzrə əsas normaların müəyyənləşdirilməsi və parlamentin deputatlarının sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb.

Bu arada Qırğızıstan Mərkəzi Seçki Komissiyası seçkilərdə saat 10:00-a (Bakı vaxtı ilə 08:00) olan məlumatı açıqlayıb. Bildirilib ki, seçici fəallığı sıra ilə 5,04 və 5,19 faiz olub. Belə ki, referendumda 181 801 seçici, yerli seçkilərdə isə 172 139 seçici səs verib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar