Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinənlər saxlanılıb

Qırğızıstanda xüsusi xidmət orqanlarının hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən üç deputatlığa namizədi saxlanılıb.

TASS xəbər verir ki, bu barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov məlumat verib.

"Onların saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğundur, hazırda faktla bağlı araşdırma aparılır", - İmankulov bildirib.

Təhlükəsizlik Şurasının katibi həmçinin vurğulayıb ki, namizədləri dağıdıcı hərəkətlərə təhrik edənlər də məsuliyyətə cəlb olunmalıdır. “Mən düşünmürəm ki, gənclər özləri bunu düşünüblər, yəqin onların arxasında təşkilatçı var, yəqin ki, kimsə bunu ideoloji cəhətdən silkələyib və indi vəzifə bu insanları müəyyən etmək, onları təmiz suya çəkməkdir”, - İmankulov vurğulayıb.

Cümə günü Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Damir Suvanəliyev Mərkəzi Seçki Komissiyasının iclasında bildirib ki, Yaşıllar Partiyasının siyahısından üç namizədin adı hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlıq maddəsi ilə cinayət işində keçir. O, hazırda şübhəli şəxslərin saxlanılmadığını bildirərək, MSK-dan onların cinayət məsuliyyətinə cəlb olunmalarına icazə verilməsini xahiş edib. Mərkəzi Seçki Komissiyası vəsatəti təmin edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar