Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstanda daş qayaya rast gəlib

Ölkə "üçüncü inqilab”a, yoxsa vətəndaş savaşına gedir?

Tatyana Zverintseva

Fergana.agency, 08.08.2019

Avqustun 7-də axşam Qırğızıstanda artıq bir aydan çox gözlənən, amma son günlər gözləməkdən əl çəkmək üzrə olduqları hadisə başlanıb. Xüsusi təyinatlılar keçmiş prezident Almazbek Atambayevin iqamətgahına hücuma keçiblər. Dövlətin keçmiş başçısının tərəfdarları sərt müqavimət göstəriblər və artıq kimlərsə baş verənləri “üçüncü qırğız inqilabı” adlandırmağa tələsib. Amma burası da var ki, bu, inqilabdırsa da, bir qədər yubanıb. Həm də çox qəribədir.

Almazbek Atambayev Qırğızıstanın 2017-ci ildə postunu inqilabsız tərk edən ilk prezidenti olub (“keçid dövrünün prezidenti” Roza Otunbayeva nəzərə alınmasa). Amma bu gün bu məlumatı köhnəlmiş saymaq olar. Çünki şübhəli şəkildə zorla devirməyi xatırladan hadisələr yenə də baş verir – iki il təxirə salınmaqla. Nəticədə öksümorn (uyuşmaz təzad-tərc.) alınır: demək olar ki, indi Qırğızıstanda artıq iki ildir prezident olmayanı postundan aşırdırlar. Xüsusi təyinatlılar “inqilabçı” rolunda çıxış etməyə məcburdur. Lap çoxdan vəzifəyə başlamış prezident Sooronbay Jeenbekov isə qəflətən zamanca geri qayıdıb və inqilabi tamaşanı oynamalıdır – görünür, Qırğızıstanda yeganə mümkün and mərasimi kimi qavranan tamaşanı.

İlk prezident Əskər Akayev 2005-ci ildə devrilib. İkincisi – Kurmanbek Bakiyev 2010-cu ildə hakimiyyətdən olub. Otyunbayevanın başçılığı ilə qısamüddətli keçid dövründən sonra vətəndaşlar Otunbayevanın idarəçiliyi altında yeni, tamdəyərli lider – Atambayevi seçiblər. Bundan sonra ölkədə yeni konstitusiya qəbul ediblər və hətta idarəçiliyi prezidentlikdən parlamentə dəyişiblər. Sanki hər şey bunun üçün edilib ki, (parlamentli respublikada geniş səlahiyyətləri olmayan) dövlət başçısı bundan belə sakitcə və sivil şəkildə əvəzlənsin.

2017-ci ilin sonunda Atambayev postu, doğrudan da, tamamilə ağrı-acısız tərk edib. Əslində, yeni Konstitusiya ona, sadəcə, başqa çıxış yolu qoymurdu – bu sənədə əsasən, bir nəfər dövlət başçısı postunu yalnız bir müddət boyunca tuta bilər. Lakin seçkiləri qıraq adam deyil, Atambayevin 1990-cı illərdə qurduğu Qırğızıstan Sosial-Demokrat Partiyasından (QSDP) irəli sürülmüş Sooronbay Jeenbekov udub. Atambayev prezident postunu tərk edərək QSDP başçısı postuna qayıdıb. Bütün bunlar Dmitri Medvedyevin prezidentliyi dönəmində Vladimir Putinin “Vahid Rusiya”nın başçısı postuna keçirildiyi Rusiya qalaqurmasını yada salır.

Amma bu iki durum arasında əsaslı fərq var. Birincisi, Rusiya hakimiyyəti Boris Yeltsindən Putinə dinc yolla ötürməkdə artıq təcrübəyə malik idi. Qırğızıstan, yuxarıda deyildiyi kimi, müstəqillik illərində tam başqa bir təcrübə yığıb. İkincisi, yeni Konstitusiya Atambayevə bir müddətdən sonra prezident vəzifəsinə qayıtmaq şansı qoymurdu. Nə qədər fırladır-fırlatsın, o, hakimiyyəti həmişəlik itirmişdi. Əlbəttə, politoloqlar mülahizə edirdilər ki, başlıcası vəzifə deyil. Məsələn, Den Syaopin Çin Xalq Respublikasının sədri postunu formal olaraq heç vaxt tutmayıb, amma faktiki olaraq 1970-ci illərdən 1990-cı illərədək ölkəyə başçılıq edib. Bəlkə də, Atambayev də buna bənzər nəyəsə ümid edib. Amma ümidləri doğrulmayıb.

Atambayev və Jeenbekov arasındakı münasibətlər 2018-ci il boyunca sürətlə korlanıb. Atambayevin bütün adamları sayılı aylar ərzində yüksək postları itirib, bəziləri isə korrupsiyaya görə cinayət təqibinə düçar olublar. QSDP-də parçalanma yetişməyə başlayıb – kimsə lideri dəstəkləməyə hazır olduğunu bildirib, kimsə “hakimiyyət partiyası” statusunu itirmək istəməyib.

Atambayev və Jeenbekov ilin sonuna doğru artıq gizlətmirdilər ki, bir-birinin əsas siyasi opponentidirlər. Hətta birbaşa deyilsə, ən qatı düşməndirlər. Keçmiş prezidentlərdən hüquqi toxunulmazlığı götürməyə imkan verməklə payızdan müzakirə olunan qanun isə 2019-cu ilin mayında qəbul edilib. Atambayev bundan bir an sonra QSDP başçısı postunu tərk edib. Qəbul edilən qanuna əsasən, toxunulmazlıq yalnız siyasi fəaliyyəti sürdürən dövlət başçılarından götürülə bilər. Yeri gəlmişkən, eyni zamanda QSDP praktik olaraq tam parçalanıb – Atambayevin əleyhdarları partiyanı az tanınmış siyasətçi, yeni lider Saqınbek Əbdrəhmanovla Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçirməyə nail olublar.

QSDP ilə “saxta boşanma”nın Atambayevə bir köməyi olmayıb. Joqorku Keneş (parlament) iyunda yeni qanunu praktikada tələsik tətbiq edib: keçmiş prezident toxunulmazlıqdan olub. Bundan sonra müşahidəçilərə sonrakı hadisələrin üç ssenaridən hansı ilə inkişaf edəcəyinə ümid etmək qalırdı. Birincisi, Atambayev ölkədən qaça bilərdi. Əvvəlki iki prezidentin – Akayev (Rusiyada yaşayır) və Bakiyev (Belarusda siyasi sığınacaq alıb) məhz belə hərəkət etdiyi nəzərə alınsa, bu, tamamilə ağlabatan sayılırdı. İkincisi, keçmiş prezident həbsi gözləyə və siyasi dustağa çevrilə bilərdi. Atambayevin özünün mühacirəti qətiyyən qəbul etmədiyini ta başdan bildirdiyi nəzərə alınarsa, bu da tamamilə ağlabatan görünürdü. Di, nəhayət, sırf nəzakət xatirinə üçüncü variantı da nəzərə almaq gərək idi: güc qasrşıdurması və yeni inqilab.

Əslində, üçüncü varianta heç kim inanmırdı. Elə görünürdü ki, Atambayevin çox az tərəfdarı qalıb. Sanki qırğız xalqının kütləvi qarışıqlıq və siyasi hərc-mərcliyin yaxşı heç nə gətirmədiyinə inanmaq üçün iki dəfə bütün şansları olub. Və nəhayət, yeni çevrilişin məqsədi nə ola bilər? Doğrudanmı, Atambayaevin dönəmində yaxşı, Jeenbekovun dönəmində isə pis yaşayırdılar ki, xalq keçmiş prezidenti zorla hakimiyyətə qaytarmaq qərarına gəlsin? Bu, açıqca belə deyil.

Buna görə də hətta Atambayev Köy-Taş kəndində öz iqamətgahında “mühasirə durum”na düşəndə də ciddi toqquşma imkanları haqda az-az adam düşünürdü. Müşahidəçilər, əsasən, ehtimalları davam etdirirdilər – keçmiş prezident ölkədən qaçacaq, yoxsa həbs olunacaq (həm də onun tərəfdarları, ola bilsin, milislərə bir-iki daş atacaq və qəzəbli petisiya təşkil edəcəklər )?

İyulun 24-də elə görünürdü ki, üstünlük birinci versiyanın tərəfindədir. Bir də nə üstünlük – Atambayev ölkəni, doğrudan da, tərk etdi. O, Rusiyanın Kant hərbi bazasından Moskvaya uçdu. Keçmiş prezidentin özü iddia edib ki, hansısa müəmmalı “dəvət edən tərəflə” danışıqlardan sonra mütləq qayıdacaq. Amma, əlbəttə, əvvəlcə buna çox da inanmaq olmurdu. DİN artıq o vaxt korrupsiya işlərindən biri üzrə şahid kimi Atambayevə çağırış göndərmişdi. Məcburi gətirməyə qədər bir şey qalmırdı. Qaçmağın lap vaxtı idi.

“Dəvət edən tərəf” Rusiya prezidenti Vladimir Putinin şəxsən özü çıxdı. Atambayev hava limanından birbaşa onun yanına yollandı. Bu, çox sanballı görünürdü, amma danışıqların yekunu Atambayev üçün olduqca acınacaqlı oldu. Putin birbaşa bildirdi ki, Qırğızıstan artıq iki “ciddi daxili-siyasi sarsıntı yaşayıb” və vətəndaşlar belə hadisələrin təkrarından yayınmaq naminə fəaliyyətdəki prezidentin ətrafında birləşməlidirlər. Amma Atambayev dolğun eyhamı anlamadı. O, həvəssiz boynuna aldı ki, ölkədəki durum “ikitərəfli hərəkət yoludur”, amma sonra adəti üzrə Jeenbekovun ünvanına ittihamlar yağdırdı və onunla barışmağa heç bir istək ifadə etmədi.

Amma başlıcası – Atambayev, söz verdiyi kimi, artıq 25 iyulda Qırğızıstana döndü. Bundan sonra aydın oldu ki, məsələ onun gedişi ilə bitməyəcək. Ola bilsin, keçmiş prezident belə qərarı həm də ona görə alıb ki, onun siyasi səhnədən sakitcə yox olmağı Jeenbekov üçün ideal variant olardı. Yəqin ki, Atambayevi hər halda axtarışa verər, amma güman etmirəm ki, axtarışa xüsusi can atardılar. “Qaçdı, deməli, nədəsə təqsiri var” fikri tədricən siyasi gündəmə oturardı. Fəaliyyətdəki hökumət bu zaman bu qədər yüksək rütbəli siyasi dustağın istintaq təcridxanasında görünməyindən hər cür yayınardı.

Sonrakı iki həftədə belə görünürdü ki, Atambayevin Köy-Taşa “daxili mühacirəti” hakimiyyəti tam qane edir. Aydın idi ki, keçmiş prezidenti həbs etmək cəhdi hakimiyyətə gərək olmayan iğtişaşlar törədəcək. Xüsusən də Atambayevin indiyədək ancaq şahid statusu olduğuna görə, onun vəkili isə hələ 7 avqust günü toxunulmazlığın götürülməsinin qanuniliyini höcətə salmağa söz vermişdi.

Lakin avqustun 7-də axşam xüsusi təyinatlılar Köy-Taşdakı iqamətgahın ərazisinə soxulublar. Atambayevin tərəfdarları hadisələrin belə dönüşünə hazırlıq sərgiləyiblər. Onların əlində hələ iyundan saman tayasına düzülmüş təkcə daş deyil, həm də odlu silahlar görünüb. Amma bax, Dövlət Milli Təhlükəsizlik Komitəsində iddia edildiyi kimi, xüsusi təyinatlılar ancaq rezin güllələrlə atəş açıblar. Belə, ya elə, Atambayevi qoruyanlar ilk həmləni dəf edə biliblər. Bəzi xüsusi təyinatlılar silahı təhvil verib, başqaları döyülüb. Yaralı paqonlulardan biri, DMTK “Alfa” xüsusi bölməsinin komandir müavini Usen Niyazbəyov bir neçə saatdan sonra xəstəxanada ölüb – bu, hələlik təsdiqlənən yeganə qurbandır. Onun altı həmkarı iqamətgahda girov qalıb.

8 iyul saat 01:50-yə olan məlumata görə, xəstəxanalara 40-a yaxın ziyan çəkən daxil olub. Bir neçə jurnalist, habelə Çuy vilayətinin Daxili İşlər İdarəsinin başçısı, başına daş dəyən Samat Kurmankulov onların arasındadır. O, ağır durumda reanimasiyadadır.

Hücumun ilk saatları KİV tərəfindən çox ayrıntılı işıqlandırılıb. Sonradan Atambayevə bağlı olan “Aprel” telekanalı yayımdan təcrid olunub və işini yalnız sosial şəbəkələrdə davam etdirib. Köy-Taş bölgəsində tezkikə mobil rabitə itib və bütün nəşrlərin jurnalistləri mməlumatı operativ ötürmək imkanını itiriblər. Nəhayət, Atambayevin evində və hətta bitişik binalarda elektriki də kəsiblər. Buna görə də indi Köy-Taşda baş verənlər haqda yalnız qırıq-qırıq məlumatlar gəlir – xüsusən də milis və mühasirəyə alınanlar arasında davam edən daş “atışması” haqda məlumat verilir. Gecə saat 3-də bildirilib ki, xüsusi xidmətlərin bütün təmsilçiləri Köy-Taşı tərk ediblər. Altı girov iqamətgahda qalıb.

Jeenbekov bu hadisələrin fonunda İssıkkulda məzuniyyətini dayandırmağa və Bişkekə qayıtmağa məcbur olub. O, avqustuin 8-də səhər təcili müşavirə keçirəcək. Joqorku Keneşin toplantısını keçirmək də planlaşdırılır, parlamentarilər buna görə tətili dayandırmalı olacaqlar. Analitiklər Atambayevin bu yaxındakı səfərini nəzərə alaraq baş verənlərə Rusiyada necə reaksiya verildiyi ilə maraqlanıblar. Çoxları güman edirdilər ki, keçmiş prezident, Putinlə təmasını opponentlərə göstərməklə yeni, qeyri-formal toxunulmazlıq əldə etməyə bel bağlayır. Amma bu ümidlər hələlik doğrulmur. Kremlin mətbuat xidmətində quru şəkildə bildiriblər ki, Putin “durum haqda məlumatlandırılıb”. Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqə məsələləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin daha duyğusal fikir ifadə edib. O, etiraf edib: “Bu siyasi böhran və yaxud siyasi sarsıntı keçmiş prezidentin komandası və onun özü tərəfindən Qırğızıstana zorla sırınıb. Çox ümid edirəm ki, hər şey son dərəcə dinc qurtaracaq. Amma bu halda keçmiş prezident Atambayev artıq yetərincə uzun dövrdə öcəşkənliklə çıxış edib”.

Bu hadisələrin indiyədək qeyri-adi inkişafı nəzərə alınarsa, çətin ki, kimsə bütün bunların nəticəsini bu başdan söyləməyə girişsin. Bəlkə də, bir şeyi dəqiq demək mümkündür: ən yaxın günlərdə Qırğızıstandan darıxdırıcı xəbərlər olmayacaq. Ümumiyyətlə, Qırğızıstan siyasəti darıxdırıcı olmağı inadla istəmir.(Tərcümə Stareq.az-ındır)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar