Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qida məhsullarında qiymət artımı dayanmaq  bilmir... - Qiymətlər süni şəkildə necə artırılır?

Daha əvvəl qiymət artımı dizelin bahalaşması ilə əlaqələndirilirdisə, indi artıq bunu demək olmaz...

Azad İstehsalçılar Birliyinin sədri: “Sözsüz ki, süni surətdə qiymət artımının baş verməsi əhalidə narazılığa gətirib çıxarır. Amma birmənalı şəkildə qeyd edirəm ki, bu qiymət artımı istehsalçı şirkətlərdən qaynaqlanmır”.

Rusiyadan gələn kolbasanın qiyməti yerli kolbasanın qiymətindən xeyli ucuzdur. Bu heç də yerli istehsalçının qiymət artırmasından qaynaqlanmır. Sadəcə olaraq marketlər taxçaların satılmasından istehsalçıdan pul alırlar. Bu pullar da son nəticədə malların qiymətinə təsir edir”.

Bu sözləri Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə baş verən süni qiymət artımının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda qida məhsullarında qiymət artımı durmaq bilmir. Daha əvvəl qiymət artımı dizelin bahalaşması ilə əlaqələndirilirdisə, indi artıq bunu demək olmaz. Bir çox ekspertlər də hesab edirlər ki, inhisarçı şirkətlər qiymətləri süni şəkildə artırırlar.

Suni qiymət artımını PİA.az-ın əməkdaşı Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Ciddi məsələlərdən biri də mağazaların xarici ərzaq mallarına 80 faiz, yerli istehsal mallarına isə 20 faiz yer ayırmasıdır”.

Nazirlər Kabinetinə müraciət edən Eyyub Hüseynov bildirib ki, taxçaların təhcizatçılara satılmaması üçün Nazirlər Kabineti marketlər üçün qaydalar təsdiq etməlidir:

“Sözsüz ki, süni surətdə qiymət artımının baş verməsi əhalidə narazılığa gətirib çıxarır. Amma birmənalı şəkildə qeyd edirəm ki, bu qiymət artımı istehsalçı şirkətlərdən qaynaqlanmır. Qiymətləri mağazalar şəbəkəsi artırırlar. Belə ki, mağazalar şəbəkəsi mallar düzülən taxçaların hər santimetrini çox böyük qiymətə təhcizatçılara satırlar. Bu nəğd pula satılır və heç bir yerdə qeydiyyata alınmır, heç bir vergi ödənilmir. Mağazaların bu içini tənzimləyən heç bir qanunvericilik də yoxdur.

Buna görə də mən Nazirlər Kabinetinə müraciət edirəm. Nazirlər Kabineti marketlər üçün qaydalar təsdiq etməlidir ki, bu taxçalar təhcizatçılara satılmasın. Onlar istənilən təhcizatçını öz mağazalar şəbəkələrinə çağıra bilərlər. Dövlətin suni qiymət artımı ilə məşğul olan qurumu gərək mağazlarda monitorinq aparsın.

Eyyub Hüseynov: “Mağazalar şəbəkəsi mallar düzülən taxçaların hər santimetrini çox böyük qiymətə təcizatçılara satırlar. Bu nəğd pula satılır və heç bir yerdə qeydiyyata alınmır, heç bir vergi ödənilmir”.

Ciddi məsələlərdən biri də mağazaların xarici ərzaq mallarına 80 faiz, yerli istehsal mallarına isə 20 faiz yer ayırmasıdır. Daim yerli istehsalçıları sıxışdırırlar. Buna görə də biz görürük ki, xaricdən gətirilmiş kolbasanın qiyməti yerli kolbasanın qiymətindən xeyli ucuzdur. Məsələn Rusiyadan gələn kolbasanın qiyməti yerli kolbasanın qiymətindən xeyli ucuzdur. Bu heç də yerli istehsalçının qiymət artırmasından qaynaqlanmır. Sadəcə olaraq marketlər taxçaların satılmasından istehsalçıdan pul alırlar. Bu pullar da son nəticədə malların qiymətinə təsir edir. Bu problem yaşanır.

Hökumət ərzaq malları içərisində yalnız çörəyin qiymətini sabit saxlamağa çalışır. Hansı ki, dövlət orqanının buna müdaxilə etməsi də qeyri-qanunidir. Çünki bazar sərbəst olmalıdır. Dövlətin vəzifəsi bazarda azad rəqabət şəraiti yaratmaqdır. Qeyd edim ki, çörək taxçaları da satıldığından çörəyin qiyməti də artır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar