Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QHT sistemində yeniliklər fərmanı

Prezident İlham Əliyev qeyri-hökumət təşkilatlarına (QHT) elektron xidmətlərin göstərilməsi tədbirləri haqqında 20 noyabr 2013-cü il fərmanını yeniləyib. Novator.az bildirir ki, 27 yanvar 2021-ci il fərmanı ilə elektron xidmətlər sırasına qeyri-hökumət təşkilatlarının qrant müqavilələrini (qərarlarını), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələri qeydə alınmaq üçün təqdim etməsi, Ədliyyə Nazirliyinin onları qeydə alması və qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil etməsi; ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi və bu məlumatların qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi; qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı əlavə olunub.

QHT qanunvericiliyində yeniliklər paketi 2020-ci ilin avqust ayında rəsmiləşib. “Qrant haqqında” qanunda yenilik qeyri-hökumət təşkilatlarına qrant müqavilələrinin (qərarlarının) icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydiyyatı üçün müraciət imkanı verib.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda yeniliklərə əsasən, qeyri-hökumət təşkilatlarının təsis sənədlərində dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında qeydiyyatı mümkündür.

Başqa bir dəyişikliyə görə, qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud elektron qaydada istifadə edilir.

Qeyri-hökumət təşkilatlarının qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasını və qəbul etdiyi ianələr üzrə məlumatların təqdim edilməsini icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət hüququ da var.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda yeniliyə əsasən, qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir.

İcra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən yararlanırlar. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud elektron qaydada təqdim oluna bilər.

pia.az 


Etiket: QHT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar