Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsinin qalıqları tapılıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi" class="tag-a" style="color:#000; text-decoration:underline;">Müdafiə Nazirliyi" class="tag-a" style="color:#000; text-decoration:underline;">Müdafiə Nazirliyi" class="tag-a" style="color:#000; text-decoration:underline;">Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

Qeyd olunub ki, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xəzər dənizinə düşən “MİQ-29” təyyarəsinin qalıqları tapılsa da, R.Atakişiyevin meyitinin və “qara qutu”nun axtarılması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Avqustun 9-da da Türkiyə Müdafiə Nazirliyi" class="tag-a" style="color:#000; text-decoration:underline;">Müdafiə Nazirliyi" class="tag-a" style="color:#000; text-decoration:underline;">Müdafiə Nazirliyi" class="tag-a" style="color:#000; text-decoration:underline;">Müdafiə Nazirliyi Xəzər dənizinə düşən hərbi təyyarəmizin qalıqlarının fotolarını yayımlamışdı.

Qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən aşkar edilib.

pia.az

Etiket:

loading...