Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzada yaralanan sürücü tibbi yardımdan imtina edib: "Allah bilər, mən bilərəm"

Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən sürücü bütün tibbi xidmətlərdən imtina edib...

"Report"un Şimal bürosunun əldə etdiyi məlumata görə, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Rusiya vətəndaşı, Dağıstan Respublikasının Qayakənd rayonunda qeydiyyatda olan, 1984-cü il təvəllüdlü Aliyev Artur Aliyeviç vəziyyətinin ağır olmağına baxmayaraq, bütün tibbi yardımdan imtina edib.

Dini təriqətlərdən birinin üzvü olan A.Aliyeviç müalicə və müayinələrdən imtina etməsini inanclı olması ilə izah edib: "Dərdi verən Allah çarəni də verər. Allah bilər, mən bilərəm. Həkim məni niyə müalicə etməlidir ki?! Allah belə istəyib, alnıma yazımı belə yazıb, bu da olub. Bundan kimə nə!? Allahın yazısı ölməkdirsə, qoy ölüm".

Quba Rayon Mərkəzi Xəstəxanasından "Report"un Şimal bürosuna verilən məlumata görə, yaralı səhərə qədər xəstəxanada problem yaradıb: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Rusiya vətəndaşı A.Aliyeviç ötən gecə səhər qədər heç bir həkimi və tibb işçisini yaxınına buraxmayıb. Xəstəyə dəfələrlə yaxınlaşmaq istəmişik, o isə naməlum dildə duaları uca səslə oxuyaraq bizim ona yaxınlaşmağımıza mane olub. Hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir".

Xatırladaq ki, ötən gün Quba rayonunda Artur Aliyeviç idarə etdiyi yük maşını ilə hərəkətdə olan zaman idarəetməni itirərək qəza törədib. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket: qəza xəsarət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Ən çox oxunanalar