Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir" - Video

Sumqayıt Avtovağzalında sərnişindaşıma ilə məşğul olan bir qrup sahibkar ərazinin yaxınlığında qeyri-qanuni sərnişin daşıyan 50-yə yaxın sürücüdən narazıdır...

PİA.az xəbər verir ki, sahibkarlar bununla bağlı “Qafqazinfo”ya müraciətlərində qeyd edirlər ki, onlar illərdir lisenziyası olmayan, köhnə “Ford”larda Bakıya sərnişin daşıyan sürücülərlə bacara bilmirlər: “Bizim lisenziyamız olduğu halda, Sumqayıt Avtovağzalından Bakı Avtovağzalına sərnişin gətirə bilmirik. Avtovağzalın yaxınlığında dayanıb sərnişinlərə çağırış edən və istismar qaydalarına cavab verməyən mikroavtobusların sürücüləri buna imkan vermir. Sərnişinlər də 10 metr məsafəni qət edib avtovağzalın içərisinə girməyə ərinirlər. Onlar Bakıda avtovağzala qədər yox, 20 Yanvar metrosuna qədər sərnişinləri gətirirlər. Qiymət hər ikimizdə də 50 qəpikdir”.

Sahibkarlar vurğulayır ki, vaxtilə kreditlə standartlara cavab verən müasir tipli mikroavtobuslar alıblar: “İndi isə kreditimizi də ödəyə, işçilərin maaşını verə bilmirik. Hər ay rüsum ödəməliyik, onu da ödəməyə pulumuz yoxdur. Batmışıq... Bu sürücülərin arxasında kimlərsə dayanır. Qeyri-qanuni daşımadan yığılan pullar kimlərinsə cibinə gedir. Ona görə də bu məsələyə göz yumulur. Bu müddət ərzində müraciət etmədiyimiz orqan qalmayıb. Daxili İşlər Nazirliyinə də müraciət etmişik. Bizə cavab verən olmayıb. Sumqayıt Yol Polis İdarəsinin rəisinin də qəbulunda olmuşuq. Onlar da deyir ki, biz bununla bacara bilmirik. Bəs biz dərdimizi kimə deyək? Kim bunlarla bacara bilər? Qaçqınıq deyib özlərinə qeyri-qanuni fəaliyyət göstərməkdə haqq qazandırırlar. Axı bu, heç bir məntiqə sığmır, qanun qarşısında hamı bərabərdir. Biz qanuni formada fəaliyyət göstərib dövlətin büdcəsinə vergi, rüsum ödəyirik. Buna da artıq bizə imkan vermirlər. Xüsusilə pandemiya dövründə sərnişin azlığı vəziyyətimizə lap təsir edib, müflis edib. Biz 8 sahibkar həmişə bu problemi qaldıranda təzyiqlə üzləşirik”.

Qeyd edilir ki, söhbət qeyri-qanuni daşımalardan getdiyi üçün məsələ Dövlət Avtomobil Nəqliyyatı Xidməti səlahiyyəti daxilində deyil. Sahibkarlar da qeyri-qanuni daşımalara polis nəzarət etdiyinə görə məhz DİN-ə müraciət ediblər.

Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O qeyd edib ki, sahibkarlar problemlə üzləşibsə aidiyyatı dövlət qurumlarına bu barədə müraciət edə bilərlər.

pia.az


Etiket: Sumqayıt


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar