Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-may aylarında 19,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,0 faiz artıb

Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 40,4 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9 faiz, içkilərin istehsalı 59,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 47,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7 faiz, mebel istehsalı 45,8 faiz, rezin və plastik kütlə məmulatlarının, kağız və karton istehsalının hər biri 32,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, hazır metal məmulatlarının istehsalı 21,1 faiz, qida məhsullarının istehsalı 20,5 faiz, poliqrafiya məhsullarının istehsalı 19,5 faiz, əczaçılıq məhsullarının istehsalı 16,8 faiz, maşın və avadanlıqların istehsalı 15,8 faiz, tütün məmulatlarının istehsalı 14,9 faiz, tikinti materiallarının istehsalı 5,0 faiz artmış, geyim istehsalı 0,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı 7,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 8,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 27,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,0 faiz artıb. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar