Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qətliam və məcburi qovma - İran Suriyada necə məskunlaşdı?..

İranın Suriyadakı şiələşmə və səfərbərlik təcrübəsi israillilərin ötən əsrin 70-ci və 80-ci illərində etdiklərini xatırladır...

Fayez Sara
“Şarkul Avsat” qəzeti, 1 dekabr 2021-ci il

Bu məqalənin adı Fələstində İsrailin yerləşməsi mövzusu ilə çox oxşardır. Qolanda və Qərbi İordaniyada İsrailin yerləşməsi kimi məsələlər də bu başlıqla əlaqəli görünə bilər. Ancaq İranın Suriyadamı siyasətinin nəticələrini araşdırdıqda bu bənzərlik nisbətən azalacaq. Bu durum ərəb ölkələrinin, xüsusilə də İranın nəzarəti ələ keçirmək üçün silahlı aparatlarını önə sürdüyü İraq, Yəmən və Livan kimi ölkələrin reallığında da görünə bilər.

Bu cür ehtimalların aradan qaldırılması üçün Qolan xalqından suriyalıların, İordaniyanın qərb sahilindən isə iordaniyalıların və 1967-ci ildə İsrail işğalından əvvəl Qəzza zolağında yaşayan misirlilərin olduğu digər ərəblərin izlədiyi və fələstinlilərin də qurbanı olduğu İsrailin məskunlaşma prosesinə qayıtmaq mümkündür.

İsrailin məskunlaşma layihəsi Fələstinə gələn ilk avropalı mühacirlərin dövrünə təsadüf etsə də, digər ölkələrdən gələn yəhudiləri də əhatə edib və ona xidmət göstərib. Bu müxtəlif ölkələrdən gələnlər arasında Fələstində yəhudilər, digər ərəb və islam ölkələrindən olan yəhudilər də var idi. Bunlar öz sələfləri ilə birləşərək siyasi, sosial, mədəni, dini və hərbi məskunlaşma çərçivələrində onları izlədilər. Vəd edilmiş torpaqda yəhudi vətəninin qurulması prinsipinə əsaslanan dini bayraq, böyük dövlətlərlə strateji maraqları olan və onların regional düşmənçiliyi ilə torpağa sahib olan, onun sakinlərini didərgin salan və gələn əcnəbiləri məskunlaşdıran siyasi bayraq altında toplandılar.

İsrail məskunlaşmasının yuxarıda qeyd olunan xüsusiyyətləri və ideyasının məzmunu İranın 20-ci əsrin 70-ci illərinin sonlarında başlayan Suriya siyasətinə bir girişdir. Bu siyasət Bəşər Əsəd hakimiyyətə gəldikdən sonra 20 il davam etdi və onun rejimi 2011-ci ilin mart ayından etibarən suriyalılara qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra kəskinləşdi. O, başladığı işi və ilk növbədə əldə etdiklərini tamamlamaq üçün İranın məskunlaşma layihəsinin qapısını geniş şəkildə açdı.

Bunun ardınca bəzi addımlar atıldı. İranlılar Bəşər Əsəd rejiminə hərbi və təhlükəsizlik ekspertləri ilə yanaşı, texnologiya ekspertləri də göndəriblər. Daha sonra onlar Əsədin suriyalılara qarşı müharibəsinə qoşulmaq üçün dini və siyasi cəhətdən özlərinə tabe olan milis qruplarını onların əmri ilə göndərdilər.

Onlar erkən yəhudi məskənlərinə bənzər bazalar və icmalar təşkil etdilər. Həmçinin, onlar təkbaşına və ya rejim qüvvələri ilə döyüşürdülər. Kənd və şəhərlərin çoxlu sakinlərini qətlə yetirdilər, digərlərini isə tamamilə və ya qismən evlərindən qovdular. Onlar evlərinə basqın edərək torpaqlarını və mallarını qəsb etdilər. Ailələrini və qohumlarını ələ keçirdikləri şəhər və kəndlərə, məsələn, Dəməşqin cənubunda Seyyidə Zeynəb bölgəsi və ətrafı, Kələmun qərbindəki Yebrud bölgəsi və ətrafı, qərbdəki Küseyr qəsəbəsi və ətrafı kimi şəhər və kəndlərə yerləşdirmək üçün gətirdilər. İran silahlı qüvvələri tərəfindən ələ keçirilən şəhər və qəsəbələrin qapıları təbii olaraq onların qovulmuş sakinlərinin üzünə bağlı idi. Fələstinlilərə İsrail yaşayış məntəqələrindən və ətrafından keçmək qadağan edildiyi kimi, suriyalıların da milislərin nəzarətində olan ərazilərdən keçməsi qadağan edilib.

Livan, İraq, Əfqanıstan, İran və digər ölkələrdən gətirilən iranlı silahlı dəstələrin gücü məhdud olduğundan Əsəd rejiminin təhlükəsizliyini təmin edə, qoruya və ölkə üzərində nəzarəti bərpa edə bilmədilər. Bu, İnqilab Keşikçilərini general Qasım Süleymaninin başçılıq etdiyi qüvvələrin bir hissəsini Suriyaya yerləşdirməyə sövq etdi. Qasımi, həmçinin İranın səylərini və Suriya məsələsində iştirak edən müxtəlif tərəflərlə əlaqələrini koordinasiya etmək, xüsusilə də İran qüvvələri və milislərinin hərəkətlərinin Əsəd rejimi və Rusiya qüvvələri ilə koordinasiya olunmasını təmin etmək vəzifəsini öz üzərinə götürüb. Lakin İranın hərbi addımları, silahlı qüvvələrinin fəaliyyəti, suriyalıların didərgin salınması və əcnəbilərin məskunlaşması Suriyada məskunlaşmanın təcəssümündən yalnız bir neçəsidir.

Başqa misallar da var ki, onlardan ən qabarıq olanı İran din xadimləri, hərbi və kəşfiyyat rəsmilərinin şiə kampaniyasıdır. Bu kampaniya şərqdə Deyr əz-Zordan sahil bölgəsindəki Tartus və Latakiyaya, şimalda Hələbdən Həma, Homs, Dəməşqə, oradan da cənubda Suveydaya qədər uzanıb.

Şiə kampaniyaları 3 sinfə yönəlib: tayfa başçıları, rejim tərəfdarı olan yerli qruplar və yoxsullar. İlk iki qrupdan olan şəxslərin vicdanları satın alınır. Şiə kampaniyası çərçivəsində ən sadə və ən əsas yaşayış ehtiyaclarından məhrum olan yoxsullar da istismar edilir. Şiəliyi qəbul edənlər arasından bəziləri İrana bağlı milis qruplarına qoşulmaq, Livan Hizbullahı və onun iraqlı qardaşının təcrübəsini təqlid edən Suriya Hizbullahına üzv olmaq üçün seçilir.

İranın Suriyadakı şiələşmə və səfərbərlik təcrübəsi israillilərin ötən əsrin 70-ci və 80-ci illərində etdiklərini xatırladır. Bu dövrdə İsrail İordan çayının qərb sahili və Qəzza kəndlərindəki iş birliklərini, Cənubi Livanda isə Səad Həddadın, daha sonra isə Antuan Lahadın komandanlığı altında Cənubi Livan Ordusunu səfərbər etdi. İranın Suriyaya müdaxiləsinin təhlükəsi qismən onun ekstremizm həddinə qədər arta sərtliyi ilə əlaqədardır. Yumşaq yumruq siyasətinə boyun əyməyənlərə qarşı həddindən artıq fiziki və şifahi zorakılıq tətbiq etmək onları terrorçu kimi qələmə vermək və əslində, onları öldürmək deməkdir.

Bu, Hüseyniyyələrin inşası və qovulmuş suriyalıların torpaqlarında təlim mərkəzlərinin yaradılması ilə müşayiət olunur. Bu torpaqların bəziləri isə ideoloji və təhlükəsizlik əsaslı tələblər ucbatından iranlıların razılaşdıqları və qoyduğu ilkin dəyərlərdən artıq məbləğlər ödənilməklə alınıb. Bu, İsrailin Fələstin torpaqlarını müsadirə etmək siyasətini xatırladır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

"Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa..." -Müşfiq təhqirə keçdi

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır" - Paşinyan

Ən çox oxunanalar