Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Qətər XİN rəhbərlərinin görüşü keçirilib - Yenilənib

18 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətlərinin iştirak etdiri görüşdə Azərbaycan Respublikası və Qətər Dövləti arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qarşı tərəfi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın Qətər Dövləti ilə münasibətlərin inkişafına yüksək önəm verdiyini qeyd edib və ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqu məmnunluqla vurğulayıb. Həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrini bölüşdüyümüzü bildirən nazir Ceyhun Bayramov, keçmiş münaqişənin həlli ilə bağlı Qətərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə verdiyi davamlı dəstəyinə görə təşəkkür ifadə edib.

Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycan Respublikasının Prezidenti ilə çox məhsuldar keçirildiyini qeyd edib. O, ölkə üçün çox önəmli bir gündə Azərbaycanda olmaqdan məmnunluq bildirib və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini səsləndirib. Qətərin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək bir daha nazir şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani tərəfindən səsləndirilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişə sonrası bölgədəki inkişaf, üçtərəfli bəyanatların yerinə yetirilməsi və bu xüsusda Azərbaycan tərəfindən görülən tədbirlər, eləcə də 30 ilə yaxın davam edən işğal zamanı Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilən sistematik dağıntılar, tarixi, mədəni və dini irsimizin izlərinin silinməsi cəhdləri, qeyri-qanuni fəaliyyət, ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi və s. haqqında ətraflı məlumat verib. Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəf məlumatlandırılıb.

Görüşdə tərəflər, iki ölkə arasında iqtisadi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu sahəsində, habelə alternativ enerji, nəqliyyat bağlılığı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və mövcud potensialdan istifadə edilməsi məsələlərini müzakirə ediblər. Cari səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın iclasının keçirilməsinin ikitərəfli iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyi qeyd edilib.

Görüşün sonunda nazirlər “Azərbaycan respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” imzaladılar.

***

Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan Qətər baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani arasında görüş başlayıb.

PİA.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində paylaşım edilib.

C.Bayramov həmkarını nazirliyin önündə qarşılayıb.

Daha sonra iki ölkənin xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb.

***

Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycanda rəsmi səfərdədir

PİA.az xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar