Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətərdəki Azərbaycan icması Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb

Qətərdəki Azərbaycan icması Ermənistan dövlətinin hərbi təxribatları ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması, təxribatlarını hələ də davam etdirməsi kəskin şəkildə pislənilib.

Bəyanatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalini və obyektləri qəsdən atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələri mülki əhalini qəsdən hədəfə alır  və bu beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasının bariz göstəricisidir.

“30 ilə yaxındır ki, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması və Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi bir daha Ermənistanın işğalçı dövlət olmasını və münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığını təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırmalar aparır. Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular Azərbaycanın işğal edilmiş ərazilərinə cəmləşdirilir. Regionda sülh və sabitliyin təmin olunması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməlidir”, - deyə, bəyanatda qeyd olunub.

pia.az 


Etiket: Bəyanat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar