Çərşənbə axşamı, 07 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qərblə Türkiyənin korlanan münasibətləri... - Rusiya bundan necə istifadə edəcək?

Ankaranın qəzəbinə tuş gələn 10 ölkədən yeddisi NATO üzvüdür. Siyasi masada olan son hadisələr də onu göstərir ki, Türkiyə və NATO əlaqələrində gərginliklər yaşanır...

Siyasi şərhçi: “Ərdoğanın bu addımlarının növbəti seçkilərdə ona çətinlik yaradacağına əminəm”.

“Təkcə Rusiya ilə əlaqələri möhkəmləndirmək yanlış bir siyasət ola bilər. Ancaq hesab edirəm ki, Türkiyə tərəfi vəziyyəti düzgün qiymətləndirməyi bacaracaq”.

Bu sözləri siyasi şərhçi Elman Vəliyev 10 ölkənin səfirinin Kavala qalmaqalını və bu qalmaqldan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın reaksiyasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə 10 ölkənin səfirini “persona non grata” elan etməyi tapşırmışdı. Qeyd olunan ölkələr isə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir. Maraqlıdır ki, Ankaranın qəzəbinə tuş gələn 10 ölkədən yeddisi NATO üzvüdür. Siyasi masada olan son hadisələr də onu göstərir ki, Türkiyə və NATO əlaqələrində gərginliklər yaşanır.

Qərb ölkələri ilə münasibətlərin korlanmasına görə Türkiyə Rusiya ilə daha da yaxınlaşa bilərmi? Ümumiyyətlə Putin Qərb-Türkiyə gərginliyindən necə istifadə edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi ekspert Elman Vəliyevlə müzakirə edib.

Elman Vəliyev: “Ərdoğanın 10 ölkənin səfirini “persona non-grata” elan etməsi diplomatik baxımdan düzgün addım deyildi”.

Ərdoğanın ilk öncə lirənin dəyərdən düşməsinin, iqtisadiyyatın durğunluğunu aradan qaldırılmasını düzəltməli olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, bunun üçün də ABŞ-la münasibətlər balanslaşdırmalıyıdı­:

“Ərdoğanın bu addımlarının növbəti seçkilərdə ona çətinlik yaradacağına əminəm. Türkiyə tərəfi ABŞ-dan uzaqlaşdıqca valyutasının dəyəri getdikcə düşməyə başlayır. Bu gedişlə davam edilsə, Türkiyə iqtisadiyyatı durğunluq yaşayacaq. Bu da əhali arasında böyünk narahatlığa səbəb ola bilər ki, seçicilər növbəti seçkilərdə Ərdoğanı günahkar kimi tanıyıb səs verməkdən imtina edə bilərlər.

10 ölkənin səfirinə “persona non-grata” (istənilməyən şəxs) elan edilməsi də diplomatik qaydalara görə düzgün addım deyildi. Düzdür, səfirlər bu qərara hörmətlə yanaşdıqlarını bildirdilər. Amma yenə də bu sərt jest Türkiyənin diplomatik siyasətində uğurlu bir addım deyil. Ərdoğan Putinlə görüşdükdən sonra ABŞ-ın Türkiyəyə təzyiqləri daha da gücləndi. Vaşinqton Rusiyadan S-400-lərin alınmasına maneənin ortadan qalxmadığını bildirdi. Ona görə də hesab edirəm ki, Türkiyə balanslaşdırılmış ikili standart siyasəti yürütməlidir. Birtərəfli mövqe Ankaranın maraqlarını təmin eləmir.

Elman Vəliyev: “Türkiyə iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatına malik 20 ölkə arasındakı sırasını itirdi. Bundan sonra əsas məqsədi bu boşluğu aradan qaldırmaq olmalıdır”.

Təkcə Rusiya ilə əlaqələri möhkəmləndirmək yanlış bir siyasət ola bilər. Ancaq hesab edirəm ki, Türkiyə tərəfi vəziyyəti düzgün qiymətləndirməyi bacaracaq, bacarmalıdır da, çünki başqa cür özünü oda atmış ola bilər. NATO Türkiyəyə önəm verir. Bölgədə öz maraqlarını təmin etmək üçün ən uyğun üzv ölkə Türkiyədir. Türkiyənin belə addım atmasına baxmayaraq zənn etmirəm ki, Ankara NATO tərəfindən böyük təzyiqlərə məruz qalsın.

Hesab edirəm ki, Ərdoğan ilk öncə lirənin dəyərdən düşməsin, iqtisadiyyatın durğunluğunu aradan qaldırılmalıyıdı. Bunun üçün də ABŞ-la münasibətləri balanslaşdırmalıyıdı­. Türkiyə iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatına malik 20 ölkə arasındakı sırasını itirdi. Bundan sonra əsas məqsədi bu boşluğu aradan qaldırmaq olmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Yeni nazir müavini təyinatından danışdı - Foto

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Azərbaycanda dizelin qiyməti kəskin qalxacağı deyilir... - Hökümət daxili bazarda qiymətləri hansı səviyəyə çatdırmaq istəyir?

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Rüşvət alan Dövlət Xidmətinin vəzifəli şəxslərinə hökm oxudu

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib - Yenilənib

Ən çox oxunanalar