Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin saxta qəhrəmanlığı, mükafat alan qatilləri...

Qərbin düşüncələri ilə bəzənmiş beyinlər bu hadisələrin üzə çıxması üçün əlindən gələni edən İranı ittiham etməklə kifayətlənmir, üstəlik, məsələni müsəlmanların “axmaqlığı və bacarıqsızlığı”, hətta “qatilliyi” hesab edirlər...

Gaffar Yakınca
“Aydınlık” qəzeti, Türkiyə, 13 yanvar 2020-ci il

Yaxın tarixdə bir çox sivil təyyarənin silahlı qüvvələr tərəfindən vurulmasına şahid olmuşuq. Dünyada müharibələr davam etdiyi müddətcə sivillər hər zaman təhlükədə olacaqlar. Müharibənin səbəb olduğu təxribat bir yana, müharibə bölgəsi ilə heç bir əlaqəsi olmayan insanlar belə birbaşa olaraq bu müharibənin qurbanı olurlar. İranda vurulan Ukrayna təyyarəsi də bu cür bir faciədir. ABŞİran arasındakı gərginlikdə 176 sivilin qurban getməsi insanı dəhşətə gətirir.

Yaxın tarixin faciələri

Yaxın tarixdə baş vermiş bənzər hadisələrdən biri də LN 114 Liviya Hava Yolları təyyarəsi ilə bağlıdır. 1971-ci ildəki Tripoli-Qahirə səfəri zamanı hava şəraiti pis olduğu üçün və uçuş sistemində nasazlıq olduğundan istiqamətini itirən təyyarə həmin vaxtı İsrailin işğalı altında olan Sinaya daxil olub. Pilotlar vəziyyəti görüb geri qayıtmağa çalışıblar, amma fürsət tapa bilməyiblər. Onların ardınca gələn İsrail raketləri təyyarəni yaxın məsafədən vurublar.

LN 114 hadisəsində Liviya Xarici İşlər naziri Saleh Buyassirlə birlikdə 108 nəfər həyatını itirmişdi. İsrail bu sivil təyyarənin yaxın məsafədən vurulmasını “səhv qiymətləndirmə” adlandırmışdı.

Müharibə maşınlarının toqquşmalardan əlavə törətdiyi “qəzalar” da az deyil. 1980-ci il iyunun 27-də İtaliyanın İtavia Hava Yollarına məxsus DC-9 təyyarəsi Bolonya-Palermo səfəri zamanı bir fransız müharibə təyyarəsi tərəfindən raket zərbəsi ilə vurulmuşdu. 81 insanın öldüyü bu təyyarə qəzası ilə bağlı bir çox detal hələ də qaranlıqdır.

1 sentyabr 1983-cü ildə baş verən Koreya Hava Yolları (KAL) faciəsini də xatırlamaq lazımdır. Nyu-Yorl-Seul səfərində olan təyyarə texniki bir problem ucbatından Sovet Hökümətinin hava sahəsinə girmişdi. Həmin dönəmlər də soyuq müharibənin ən gərgin dönəmləri idi. 269 nəfəri daşıyan təyyarə Sovet raketləri tərəfindən vurulmuş və heç kim xilas edilə bilməmişdi. Bu hadisə Soyuq Müharibənin ən önəmli mövzularından biri olaraq illərlə müzakirə edilib.

3 iyul 1988-ci ildə “İran Air 655” faciəsi isə bütün bu hadisələr içində, bəlkə də, ən dəhşətlisidir. İran Hava Yollarına məxsus olan və Tehran-Dubay səfərində olan təyyarə ABŞ-ın “USS Vincennes” müharibə gəmisindən atılan bir raketlə məhv edilmişdi. Təyyarədə olan 290 nəfərin hamısı ölüb. Təyyarə vurulan zaman İran hava sahəsinin içində olub. ABŞ-ın müharibə gəmiləri isə öz ölkələrindən minlərlə mil uzaqda jandarmlıq edirdi. ABŞ bu hadisədə günahkar olduğunu heç vaxt qəbul etməyib və rəsmən üzr istəməyib. Üstəlik, 1990-cı ildə bütün gəmi işçilərinə qazi nişanı vermişdi. Yəni 290 nəfərin qatili olan gəmi komandiri Uilyam Roqers üstün xidmətlərinə görə mükafatlandırılmışdı.

Qərbin ikiüzlülüyü

KAL faciəsi ilə “İran Air 655”in vurulması arasında cəmi 5 il var. Lakin Qərb mediası bu iki hadisəyə tamamən əks reaksiyalar veriblər. Kommunikasiya mütəxəssisi Robert Entmanın müqayisəli analizinə görə, KAL təyyarəsinin vurulması Sovet hökümətinə xas bir qərardır və bütün Sovet İttifaqının pis niyyətindən xəbər verir, lakin 655-in vurulması kiçik bir səhvən ibarətdir.

Bu müqayisə “azad jurnalistikanın qibləsi” adlandırılan Qərb mediasının, əslində, psixoloji cəhətdən bir müharibə sistemi olduğunu göstərir. Bütün dünyaya yayılmış Qərb həvəskarları isə bu ikili standartın könüllü fədailəri olmağa hazırdırlar.

Ukrayna təyyarəsinin vurulmasından sonra gördüklərimiz də bu mənzərə çox uyğun gəlir. Qərbin düşüncələri ilə bəzənmiş beyinlər bu hadisələrin üzə çıxması üçün əlindən gələni edən İranı ittiham etməklə kifayətlənmir, üstəlik, məsələni müsəlmanların “axmaqlığı və bacarıqsızlığı”, hətta “qatilliyi” hesab edirlər. Beləcə də, Qərbin önə sürdüyü “müsəlmanların əlinə bu cür silahlar vermək olmaz” tezisi də inkişaf etmiş olur.

Qərblilərin törətdiyi bu cür “qəzalar” hədsiz çox olduğu halda, niyə “bacarıqsız xristianlar”ın və ya “qatil qərblilər”in adı heç çəkilmir? Çünki bu toqquşmaları başladan ABŞ-ın təcavüzünü görməməyimizi, Qərbin kəşfiyyat təşkilatlarının bütün qaranlıq işlərini və imperialist işğalı unutmağımızı, həmçinin müsəlmanların bacarıqsız olduğununa inanmağımızı istəyirlər. Görünən odur ki, reallığın bu qədər təhrif edilməsinə və vicdan anlayışının böyük qüvvələrin əlində oyuncağa çevrilməsinə artıq yox demək lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar