Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin çökən iqtisadiyyatı fonunda Şərqin qaçınılmaz yüksəlişi - “Asiya Çağı” başlayıb...

“Xarici işlər naziri Mövlud Çavuşoğlu 19-cu əsrin “Avropa əsri”, 20-ci əsrin “Amerika əsri”, 21-ci əsrin isə “Asiya Əsri” olduğunu vurğulamışdı”...

Adnan Akfırat
“Yeniçağ” qəzeti, Türkiyə, 22 yanvar 2021-ci il

ABŞ-ın yeni prezidenti Co Bayden 15 gün əvvəl basqına məruz qalmış Kapitolidə 25 min əsgərin mühafizəsi altında möhtəşəm bir mərasimlə vəzifəyə başladı. Bu gülünc tamaşa əslində bir növ çöküşü elan etməkdir. Tatixən imperiyalarda çöküş dərinləşdikcə hakimiyyətin əzəmətl daha da artıb. Real vəziyyətdə jsə ABŞ iqtisadiyyatı 2020-ci ildə təxminən 5% azalıb. Bu, “Böyük Böhran”dan bəri son 90 ilin ən böyük iqtisadi kiçilməsidir.

İşsizlik 25 milyondan çox artıb və milyonlarla amerikalı indi yardım və ya işsizlik müavinəti alır, ya da çarəsiz vəziyyətdə qalıb. Əsasən xidmət sektorundakı müəssisələr bağlanıb və kifayət qədər peyvənd tapılsa, kifayət qədər amerikalı vaksinlənsə belə, bu müəssisələr açılmayacaq.

Covid-19 epidemiyası qarşısında ABŞ fərdi mənfəət sisteminin necə xarab olduğunu da bütün dünyaya göstərdi. Marksist iqtisadçı prof. Maykl Robertin son məqaləsində göstərdiyi bir hesablamaya görə, epidemiyanın ABŞ iqtisadiyyatına təsiri ÜDM-in 80%-ni təşkil edir. Başqa sözlə, 2020-ci ildə 328 milyon Amerika vətəndaşı tərəfindən qazanılan gəlirin 80%-i epidemiya səbəbiylə itirilib.

ABŞ-da Bayden adminstrasiyasının iqtisadiyyatı düzəltmək şansı yoxdur. Çünki problem struktur böhranı ilə əlaqəlidir.

Hazırda ABŞ-ın gələcəyini qaraldan həlledici iqtisadi göstərici mənfəət faizlərinin düşməsidir. Prof. Robertsin hesablamasına görə, 1946-cı ildə 33% olan mənfəət dərəcəsi, 2020-ci ildə son 65 ilin ən aşağı nisbətinə düşüb və 12% təşkil edib. ABŞ administrasiyası dövlət investisiyalarını və dövlətin özəl sektora yardımlarını artırsa da, iqtisadiyyatı düzəltmək mümkün görünmür.

ABŞ-ın süqutunun kritik dönüş nöqtələrini aşağıdakı kimi ümumiləşdirə bilərik. ABŞ, 2003-cü ildəki İraq müharibəsində 8 trilyon dollarını səhralara sovurdu. Bu ağır fakturanı istehsala dayanmayan maliyyə əməliyyatları əhatə etdi və törəyən bazarlar çox sürətlə böyüdü. 2008-ci ildə “maliyyə şarları” partladı və “mavi gözlü irq”ın iqtisadi böhranı inkişaf etmiş kapitalist iqtisadiyyatların nəfəsini kəsdi. Xarici istismar mexanizminin azaldıldığı və hərbi cəhətdən iqtisadi mənfəəti olmadığı üçün ABŞ-ın hakim sinifləri böhran yükünü Amerika xalqının üzərinə yönəltdi. Bu üzdən də ABŞ-da gəlir bölgüsündəki ədalətsizlik son 20 ildə ən yüksək həddə çatıb. Tramp bu geriləmədə çarə olaraq “Öncə Amerika” siyasətini tətbiq etdi, lakin maliyyə kapitalını normallaşdıra və ölkədə saxlaya bilmədi. Vəziyyətdə çıxmaq üçün hərbi gücün məcbur etdiyi təcavüzlə çıxış yolu axtaran Baydenin vəd etdiyi siyasət də mövcud iqtisadi çatışmazlıq və xalqın qəzəbi səbəbiylə ABŞ-ın süqutunu sürətləndirəcək və daha da dərinləşdirəcək.

Böyüyən yeganə ölkə sosialist Çindir

2020-ci ildə təkcə ABŞ iqtisadiyyatı zəifləmədi. Avropa ölkələrindəki daralma daha böyükdür. İngiltərə 9,6%, İspaniya 8,7%, Yaponiya 5,7%, Almaniya 4%, Fransa isə 3,9% iqtisadi olaraq kiçilib. Epidemiyanın viran qoyulduğu dünyamızda böyüyən yeganə iqtisadiyyat Çin Xalq Respublikası oldu. Səbəb də aydındır.

Çinin milli gəliri 2020-ci ildə 100 trilyon yuan (15,42 trilyon ABŞ dolları) həddini keçib. 18 yanvar 2021-ci il tarixində Çin Milli Statistika Bürosu Çinin 2020-ci ildə 2,3% böyüdüyünü və milli gəlirinin 101,5986 trilyona çatdığını açıqladı. 20 il əvvəl Çinin Milli Gəliri 10 trilyon yuan idi. 1,4 milyard olan və əhalisinin əksəriyyəti kəndli olan Çin 20 il ərzində düz 10 dəfə böyüyüb. Çin nominal dəyərlərə görə, dünyanın ikinci ən böyük iqtisadiyyatı olmaqla yanaşı, həm də alıcılıq qabiliyyətinə görə dünyanın ən geniş iqtisadiyyatıdır. Çinin dünya iqtisadiyyatındakı payı da 17%-ə çatıb.

Çin Milli Statistika Bürosunun rəhbəri Nin Zicey bu böyümənin taxıl istehsalı, sənaye istehsalı, sürətli dəmir yolu tikintisi və 5G texnologiyaları kimi sahələrdə irəliləmək hesabına başa gəldiyini qeyd edib. Böyümənin əsasını işçi qüvvəsinin artması təşkil edir. 2020-ci ildə yaradılan şəhərdəki iş yerlərinin ümumi sayı 11.86 milyon oldu. 10 milyon yeni iş yerinin yaradılması hədəflənsə də, əldə olunmuş hədəf 131,8% oldu.

Çin xarici kapital cəlb etməkdə rekord qırır

Çinə olan pul axını pandemiya ilində daha da sürətləndi. Biznes ABŞ və AB-nin sanksiyalarına və təhdidlərina təslim olmadı. 2020-ci ildə Çində birbaşa xarici investisiyalarda rekord qırıldı. Ticarət Nazirliyinin 2021-ci il 20 yanvar tarixində yayımladığı məlumatlara görə, keçən il Çinə gələn bank, sığorta və qiymətli kağızlar xaricində, birbaşa xarici investisiyalar 4,5% artaraq 144,4 milyard dollara çatıb. 2019-cu ildə bu sahədəki 2,4%-lik artım epidemiya şəraitində təxminən iki dəfə artıb. Beləliklə, dünyanın aparıcı sənaye kapitalı gələcəyin Asiyada olduğunu kəşf edənlərin öncüsü oldu.

Si Tsinpinin sosialist nəzəriyyəsinə verdiyi töhfə

Çin Dövlət Başçısı Si Tsinpin 11 yanvar günü ÇKP Mərkəzi Partiya Məktəbində bir çıxış edərək pandemiya şəraitində iqtisadi böyüməyə nail olmağın vacibliyini və bu uğurun əsas götürdüyü prinsipləri izah edib. O, üç yeni vəziyyətin olduğunu qeyd edib: Yeni Mərhələ, Yeni Fəlsəfə və Yeni Paradiqma.

Sinin “üç yeni”sinin nə olduğunu başa düşsək, Çinlə münasibətlərimizdə daha uğurlu olacağıq. ÇKP-nin nəzəri nəşriyyatı olan “Qiushi” jurnalından (“Həqiqəti Fenomendə Axtarmaq”) bir sitat gətirək.

Çin inkişafının yeni mərhələsi

Çin Prezidenti Si ÇKP-nin 19-cu Baş Məclisində qəbul edilən “İnkişafın Yeni Mərhələsi”nin nəyi əhatə etdiyini açıqlayıb. Tsinpin yeni inkişafın sosializmin ilkin mərhələsində olduğunu, inkişafın onilliklər üzərində qurulmuş yeni bir başlanğıc nöqtəsi olduğunu söyləyib. “Yeni Çinin qurulmasından bəri, xüsusilə İslahat və Yayılmadan sonrakı 40 ildə davamlı səylərimizlə yeni bir yola çıxmaq və daha yüksək hədəflərə çatmaq üçün möhkəm bir maddi zəmin yaratdıq”, deyə qeyd edib. Si müasir, qüdrətli bir sosialist ölkəsi yaratmaq üçün yeni inkişaf mərhələsinin növbəti 30 ilə yayıldığını bildirib.

Onun sözlərinə görə, sosializmin ilkin mərhələsi statistik deyil, əsasən, çox dinamik, aktiv və perspektivlidir və həyatı güclü bir canlılıqla əhatə edir. Çin sosializminin birinci mərhələdən daha yüksək mərhələyə keçməsi üçün müasir və güclü sosialist Çin quruluşunun tamamlanmalı və Çin sosializminin tam modernləşməsinin həyata keçirilməli olduğunu da qeyd edib. Həm indi, həm də gələcəkdə misli görünməmiş çətinliklər və fürsətlərin olduğunu, ancaq fürsətlərin, ümumiyyətlə çətinliklərdən çox olduğunu vurğulayan Tsinpin əlavə edir: “Dünya bir əsrə sığmayan dərin dəyişikliklərdən keçir, ancaq zaman və vəziyyət bizim xeyrimizədir”.

Yeni Fəlsəfə

Si 18-ci ÇKP Baş Məclisindən bu yana iqtisadi və sosial inkişafla əlaqəli bir çox vacib nəzəriyyə və konsepsiyaların irəli sürüldüyünü ifadə edərək “Yeni İnkişaf Fəlsəfəsi”nin əsas və vacib olduğunu bildirib. Yeni İnkişaf Fəlsəfəsinin Çinin iqtisadi inkişafda tarixi müvəffəqiyyətlər və dəyişikliklər əldə etməsinə səbəb olduğunu deyir. Eyni zamanda, ÇKP-nin baş katibi olan Si Tsinpin Partiya üzvlərinə “kökləri” və “ruhu” xalqın rifahına xidmət etməyə və milli dirçəliş üçün ürəklə mübarizə aparmağa əsaslanan bu Yeni İnkişaf Fəlsəfəsini tam anlamalarını və tətbiq etmələrini tapşırıb. Si balanssız və qeyri-kafi inkişaf probleminin aradan qaldırılması üçün daha uyğun tədbirlərin alınmasının vacibliyini vurğulayıb və Yeni İnkişaf Fəlsəfəsinin tətbiqində problemlərin həllinə əsaslanan bir yanaşmanın tələb olunduğunu bildirib. Potensial təhlükələrə qarşı diqqətli olmağın vacibliyini vurğulayan Tsinpin düşünür ki, ən pis vəziyyətə hazır olmaq və hər zaman daha çətin vəziyyətlərlə məşğul olmaq üçün lazımi səy göstərilməlidir. “Mübarizə aparmaq və qalib gəlmək üçün cəsarətli olmalıyıq. Özümüzü hərtərəfli gücləndirməliyik”, deyə qeyd edir.

Yeni Paradiqma

Tsinpin daxili və beynəlxalq bazarların bir-birini gücləndirdiyini və daxili bazarın Çinin inkişafı üçün dayaq olduğunu, yeni “ikiqat dövr” inkişaf paradiqmasının daha tez qurulmasının Çinin ümumi inkişafı üçün vacib bir strateji vəzifə olduğunu söyləyib. Çinin beynəlxalq aləmdəki sürətli dəyişikliklərə yalnız daxili hərəkət ilə tab gətirə biləcəyini də vurğulayıb. Prezident, eyni zamanda, iqtisadiyyatın hərəkətindəki maneələrin aradan qaldırılmasının və yeniliyi, texnoloji sıçrayışı asanlaşdıran mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb. Daxili tələbi artırmaq, daxili tələbin potensialını açmaq və istehlak xərclərini stimullaşdırmaq üçün təsirli bir sistemin qurulmasının vacibliyini qeyd edən Si Tsinpin davamlı tarixi bir axın halına gəlməsi üçün kütləvi daxili bazarın formalaşmasına çağırış edib. Si Çinin beynəlxalq əməkdaşlığa və rəqabətə girməsi üçün daxildə yeni üstünlüklərin yaradılmalı olduğunu söyləyir. Daxili hərəkətin səmərəliliyini və keyfiyyətini artırmaq üçün beynəlxalq hərəkətlənmənin istifadəsinə diqqət yetirilməli olduğunu bildirir.

Nəticə: Sözü Perinçekə verək

Görəsən, yüksələn Asiyada Türkiyənin mövqeyi nədir? Buna Doğu Perinçek belə cavab verir:

“Xarici işlər naziri Mövlud Çavuşoğlu 19-cu əsrin “Avropa əsri”, 20-ci əsrin “Amerika əsri”, 21-ci əsrin isə “Asiya Əsri” olduğunu vurğuladı. Dünyanın Asiya Çağına görə yenidən formalaşdığını izah edirdi. “Biz də asiyalıyıq” deməklə, Türkiyənin yalnız dünyadakı yerini deyil, həm də mədəni kimliyini təsvir etdi”.

Cənab Nazir bütün dünyanın Asiya Çağını başa düşdüyünü və buna uyğun siyasətlər təkmilləşdirdiyini vurğulayır.

“Asiya yalnız 21-ci əsrdə yalnız materikin adı deyil, çağdaş sivilizasiyanın da adı olacaq. Göbəklitəpəyə baxsanız, sivilizasiya elə Asiyada e.ə. 10 mininci ildə doğulmuşdu. Mesopotamiya, Anadolu, Çin, Hindistan, Misir, Mərkəzi Asiya, İslam dünyası, yenidən Anadolu və Çin 16-17-ci əsrlərə qədər mədəniyyətin mərkəzi olmuşdu. “Yenidən Asiya” konsepsiyası bu tarixi zəminə əsaslanır. “Yenidən Asiya Açılışı” bir sivilizasiya seçimidir və çağdaş sivilizasiyaya istiqamətlənmənin strateji ifadəsidir. Türkiyə Respublikası çağdaş bir mədəniyyətin əsas hissəsinə yerləşməyə qərar verdi”.

“İndi böyük inqilabçı öndərimiz Atatürkün “müasir sivilizasiya” hədəfi yenilənmiş vəziyyətdədir. Atatürk heç vaxt “Qərbləşmə” hədəfini qoymamışdı. Çağdaş sivilizasiya problemi mədəni mərkəzin tarix boyu yer dəyişdirməsi ilə izah edilmişdir”.

“Atatürk 2 Mart 1922-ci ildə İstiqlal döyüşü əsnasında çıxan atəşdə Türkiyənin mövqeyini açıq və dəqiq bir şəkildə ifadə etmişdi: “Biz türklər asiyalı bir millətik, asiyalı bir dövlətik”.

“Və Türkiyə artıq Asiya Çağının ön hissəsində strateji addımlar atmaq üçün yeni bir tarixi dönəmə daxil oldu”.

“Atlantik Çağı təkcə dünyada deyil, elə Türkiyədə də sona çatıb. Türkiyə, Asiyanın mədəni mirasını təmsil edən Çin, Rusiya, İran və Hindistanla birgə çağdaş mədəniyyətin öncül liderləri arasında yeni üfüqlərə doğru süzülür”.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin ABŞ Si Tsinpin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar