Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb ölkələri Ukraynadan diplomatlarını çıxarır... - Böyük müharibənin astanasındayıq?..

Böyük Britaniya, Fransa və Avstraliya Kiyevdəki səfirliklərinin əməkdaşlarının bir hissəsini və onların ailə üzvlərini çıxarmağa başlayıb..

Hərbi ekspert: “Hazırda Ukraynanın Şərqində Rusiya ilə gərginləşən vəziyyət hər an partlaya biləcək barıt çəlləyini xatırladır”.

“Bu müharibədə Rusiyanın qalib gəlmək ehtimalı çox kiçikdir. Qüvvələr nisbəti NATO-nun xeyrinə olduğu üçün və NATO texnoloji baxımdan daha üstün imkanlara, vasitələrə malik olduğu üçün bir ay ərzində münaqişənin böyük itkilərlə, Ukrayna-NATO koalisiyasının qələbəsi ilə nəticələnəcəyi şübhə doğurmur”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Ukrayna və Rusiya arasında yaşanan gərginliyin pik həddini PİA.az-a şərh edərkən qeyd edib.

Böyük Britaniya, Fransa və Avstraliya Kiyevdəki səfirliklərinin əməkdaşlarının bir hissəsini və onların ailə üzvlərini çıxarmağa başlayıb. ABŞ isə Kiyevi könüllü tərk etmək istəyən diplomatlarına sərbəst seçim icazəsi verib. İsəyən hər kəs Kiyevi tərk edə bilər. Eyni zamanda NATO qüvvələri də bütün Şərqi Avropa üzrə yüksək hazırlıq içindədirlər və buradakı NATO qüvvələri yeni ordu hissələri ilə gücləndirirlir.

ABŞ və Qərb ölkələrinin diplomat ailələrinin Ukraynanı tərk edməsi və NATO-nun Şərqi Avropada yüksək hazırlıq içində olması nədən xəbər verir? Doğrudanmı böyük müharibənin astanasındayıq?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Ehtimal olunan müharibənin başlanma tarixi təxminən fevralın 20-nə deyilsə də, kiçik bir qığılcım münaqişənin daha erkən alovlana biləcəyini ehtimal etməyə əsas verir”.

Hazırda 8 min 500-ə yaxın ABŞ qoşunlarının da əraziyə göndərilmək üçün hazırlıq vəziyyətinə gətirildiyini xatırladan ekspert PİA.az-a bildirib ki, əgər Rusiya tərəfi Ukrayna sərhədinə topladığı böyük ordu birliklərini geri çəkməzsə, münaqişənin başlanması qaçınılmaz olacaq:

“Hazırda Ukraynanın Şərqində Rusiya ilə gərginləşən vəziyyət hər an partlaya biləcək barıt çəlləyini xatırladır. NATO koalisiyasında ABŞ-ın rəhbərliyi altında Böyülk Britaniya, Litva, Polşa, Danimarka, Fransa kimi güclü imkanlara malik böyük ölkələr və texniki imkanları olan ölkələr yer alır. Rusiya tərəfindən isə yalnız Belarusiya ola biləsi əməliyyatlarda iştirak edə biləcəklərini bəyan edib. Bölgədə isə kifayət qədər gərgin bir vəziyyət yaranıb.

Ehtimal olunan müharibənin başlanma tarixi təxminən fevralın 20-nə götərilsə də, kiçik bir qığılcım münaqişənin daha erkən alovlana biləcəyini ehtimal etməyə əsas verir. Hazırda 8 min 500-ə yaxın ABŞ qoşunları da əraziyə göndərilmək üçün hazırlıq vəziyyətinə gətiriliblər. Əgər Rusiya tərəfi Ukrayna sərhədinə topladığı böyük ordu birliklərini geri çəkməzsə, münaqişənin başlanması qaçınılmaz olacaq.

Bu müharibədə Rusiyanın qalib gəlmək ehtimalı isə çox kiçikdir. Qüvvələr nisbəti NATO-nun xeyrinə olduğu üçün və NATO texnoloji baxımdan daha üstün imkanlara, vasitələrə malik olduğuna görə bir ay ərzində münaqişənin böyük itkilərlə, Ukrayna-NATO koalisiyasının qələbəsi ilə nəticələnəcəyi şübhə doğurmur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar