Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb erasının sonuna çatdıq, səhnə Asiyanındır...

Artıq dünyanın bir qulağı Ankarada, Moskvada, Soçidə, Pekində və Tehrandadır...

İsmet Özçelik
“Aydınlık” qəzeti, Türkiyə, 25 oktyabr 2019-cu il

Əvvəllər bir qulağımız Qərbdə, Vaşinqtonda, Brüsseldə olardı. Xarici siyasəti və iqtisadiyyatı onlar müəyyənləşdirərdi. Qəzetlər, televiziyalar da buna uyğun təşkil edilərdi. Ən təcrübəli müxbirlər bu mərkəzə göndərilirdi. Manşetləri həmişə Vaşinqtondan, Brüsseldən, Londan gələn xəbərlər zəbt edirdi.

NATO-dan sonra

Onlar NATO-ya daxil olandan bəri belə idi. Partiyalar özlərini xalqa yox, bu mərkəzlərə bəyəndirməyə çalışardılar. Seçki kampaniyaları ABŞ səfəri ilə başlayardı. Təkcə Türkiyənin yox, bütün dünyanın gözü burada olurdu.

Lakin vəziyyət dəyişdi

Son illərdə bu vəziyyət xeyli dəyişib. Təkcə iqtisadi baxımdan deyil, hər sahədə dünyanın mərkəzi dəyişib. Dünyanın mərkəzi Atlantikdən Asiyaya keçib. Artıq ABŞ-ın və AB-nin nə dediyi çox da önəmli deyil.

Bunu anlamaq üçün son 6 aya baxmaq kifayətdir. Artıq dünyanın bir qulağı Ankarada, Moskvada, Soçidə, Pekində və Tehrandadır.

BMT.jpg" width="700" height="374" />

Diplomatlar

Bir çox ölkə də buna uyğun davranır. Əvvəllər Qərbin paytaxtları daha böyük önəm daşıyırdı. Ən yaxşı diplomatlar orada vəzifələndirilirdi. Ən geniş kadrlarla iş görülürdü.

İndi isə bütün gözlər Asiyadadır. Hər kəs yeni vəziyyətə uyğun mövqe tutur. Yəni başqa sözlə, Vaşinqton, Brüssel məğlub, Ankara, Moskva, Soçi, Pekin və Tehran qalibdir.

Bütün dünya üçün son durum belədir.

Səfərlər

Eyni şey siyasi səfərlərə də aiddir. Vaşinqton xarici prezidentlərin görüş yeri idi. Hotellərdə həmişə xarici heyətlər olardı. Hava limanı isə lap BMT otağı kimi olardı.

Lakin vəziyyət sürətlə dəyişir. İndi Pekin, Moskva eyni vəziyyətdədir. Qısa müddət əvvəl Almaniyanın Baş naziri Çində idi. Almaniyanın nəhəng şirkətləri ilə razılaşma əldə olunub. 

İş adamlarını yığan ora gedir. Ankara da eyni vəziyyətdədir. Əvvəllər türklər ABŞ-a gedərdi. İndi isə onlar Türkiyəyə gedir.

İş dünyası

Biznes dünyasında da xəbərlər eynidir. Gələcəyin hara getdiyini görürlər. Hamısı da gözünü Asiyaya dikib. Türk iş adamları da belə düşünür. Son dövrlərdə Asiya ölkələrinə çox səfər edilir. Çünki hamı orada bazar araşdırması aparır. Çinlə və Hindistanla əlaqə yaratmağa çalışırlar. Hər kəs “tez çatan qalib gələr” deyə düşünür.

Özünəinam

Hər şey çox aydındır. ABŞ üstünlüyünü itirir. Bu, ölkə daxilinə də təsir edir. Əvvəllər heç bu barədə danışılmazdı. İndi isə ABŞ-da gərginlik gündəmdədir:

ABŞ Senatında baş verənlər hər şeyi izah edir:

Respublikaçılarla Demokratların davası;

Böyük Britaniya İcmalar Palatasındakı müzakirələr.

Asiyanın isə özünə inamı artıb. Bu, yeni dönəmin ən böyük göstəricisidir. Artıq Asiya erası başlayır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar