Bazar ertəsi, 08 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı” - Nazirə şikayət

Ağsu bazarının fəaliyyətini dayandıran polis mayoru Vüsal Əliyev barəsində 94 icarədar daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə şikayət edib. Şikayətdən sonra müraciətə imza atan şəxslərin saxlanıldığı bildirilir.

“SVO” MMC-nin təsisçisi, Ağsu rayonunda yerləşən bazarın sahibi Sabir Mustafayev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, bazarda yalnız ərzaq və kənd təsərrüfatı məhsulları satılır, digər mağazalar bağlıdır: “Dekabrın 29-da Ağsu Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Vüsal Əliyev gəlib polis əməkdaşları ilə bazarın fəaliyyətini dayandırdı. Ona dedik ki, Operativ Qərargahla danışmışıq, bizim fəaliyyətimizə icazə var. O da dedi ki, Qərargaha deyin Vüsal müəllim deyir ki, bağla.

Sonra yenidən Daxili İşlər Nazirliyinin karantinlə bağlı yaradılmış 012 590 80 20 qaynar xətti ilə əlaqə saxlayıb məlumat verdik. Təxminən 10 dəqiqə sonra bazardakı polislərə əmr gəldi ki, bazardan çıxın, camaatla işiniz olmasın.

Vüsal Əliyevin bu hərəkətlərindən bazardakı 94 icarədar Baş Prokuror Kamran Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. (qafqazinfo.az)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Tural Abbaslı“Lider” TV prezidentinin köməkçisi ilə əlbəyaxa oldu

Ukraynada müharibə başladı - Separatçılar hücuma keçdi - 20 ölü...

Vilayət Eyvazov dünya çempionuna vəzifə verdi  

Kanadanın baş nazirinin Anna Akopyanı gözlənilmədən öpməsi görüntüləri yayıldı - Video

Gənc qız sevgilisini yataqda doğradı - Lənkəranda qanlı cinayət 

Qadınların Cəzaçəkmə Müəssisəsindən inanılmaz etiraflar - Video

Porno ulduz Natalyadan xoşlanan Papa, hamilə qalan rahibələr, pedofil kilsə xadimləri

Ermənistanı Qazaxın işğal olunmuş kəndləri barədə yeni şayiələr bürüdü

Bakıda icazəsiz aksiya başladı -Saxlanılanlar var

Ən çox oxunanalar