Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda tədbirlər keçirilib

Müdafiə Nazirliyi tədbirlər haqqında məlumat verib

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 74-cü  ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən şəxsi heyət tərəfindən İkinci Dünya müharibəsi illərində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr ziyarət edilib, müharibə veteranları ilə görüşlər keçirilib, onların qəhrəmanlıqları haqqında filmlər təqdim edilib və digər mədəni-kütləvi tədbirlər təşkil olunub.

Rayon və şəhərlərdə hərbi qulluqçuların iştirakı ilə Sovet İttifaqı qəhrəmanlarının ev muzeyləri ziyarət edilib, Böyük Vətən müharibəsinə həsr olunmuş abidələr önünə əklillər qoyulub, təntənəli mərasimlərdə faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın verdiyi töhfədən danışılıb, xalqımızın igid övladlarının qəhrəmanlıqları xatırlanıb.

Qonaqlar üçün səhra əsgər mətbəxi açılıb, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon, şəhər mədəniyyət müəssisələrinin kollektivlərinin, eləcə də hərbi orkestrlərin ifasında maraqlı konsert proqramları təqdim olunub.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar