Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qələbə xəbərlərini oxuyuram, qəhər boğur, sevincdən özümə yer tapa bilmirəm”

Qələbə xəbərlərini oxuyuram. Məni qəhər boğur. Sevincdən özümə yer tapa bilmirəm. Ucu-bucağı olmayan Möhtəşəm, Tarixi bir Qələbəni dar otağa sığdırmağa çalışıram. Bu gözəl xəbərlərin hər bir hərfini, hər bir cümləsini yaşayıram. İndi mən burada yox, Azərbaycanda, Vətənimdə olmalı idim. İndi bu dəmir barmaqlıqlar arasından baxmalı yox, Ali Baş Komandanımın müsəlləh əsgəri olaraq onun əmrlərini yetirməli, yalnız və yalnız İRƏLİ getməliydim.

Millətim, Xalqım! Bu müqəddəs anlarda birləşin, yumruq olun, Ali Baş Komandan ətrafında birləşin, Qalib Ordumuz ətrafında birləşin. İndi bütün dünya Bizim gücümüzü, Bizim qəhrəman millət olduğumuzu gördü. Biz buyuq! Azərbaycanlı, milli qüruru olan bir xalq! Öz dövlətinə, öz əsgərinə güvənən və torpaqlarını geri almaq üçün canından keçən xalq! Mən Mübariz bu mübariz Əsgərlərimizlə, Dövlətimlə, Prezidentimlə fəxr edirəm! Qardaş Türkiyəyə nə deməli?! Türkiyə növbəti dəfə güçünü, ədalətini, qardaşlığını dünyaya nümayiş etdirdi. Türk və İslam dünyasının lideri, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ilk gündən beynəlxalq aləmə göndərdiyi mesaj bu oldu: Türkiyə bütün imkanları və tam qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olub və bundan sonra da olacaq! Bu, əsl qardaşlıq, əsl türklükdür.

Nə mutlu "TÜRKƏM" deyənə!!!

QARABAĞ AZƏRBAYCANDIR!!!

Mübariz Mənsimov - "Palmali" Şirkətlər Qrupunun prezidenti

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar