Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün”  - İstiqlal Muzeyində növbəti tədbir 

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində növbəti tədbir – sərgi keçirilib.

Tədbirdə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun, hərbiçilərinin göstərdikləri qəhrəmanlıq nəticəsində 30 ilə yaxın işğalda qalmış torpaqlarımızın azad olunmasından söhbət açılıb. Ümummilli lider Heydər Əliyevin siaysi xəttinin davamçısı Ali baş komandan cənab Prezident İlham Əliyevin “Dəmir Yumruğunun” ətrafında Azərbaycan xalqı sıx birləşərək vətən həsrətinə son qoydu.

Qeyd edilib ki, Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daima Azərbaycan Dövlətinin və Prezident cənab İlham Əliyevin nəzərində olmuşdur.
Daha sonra tədbir iştirakçıları şəhidlərimiz polkovnik – leytenant Rəşad Quliyevin, eyni gündə şəhidlik zirvəsinə ucalmış iki qardaş kiçik çavuş Əli Əhmədov, müddətdən artıq hərbi qulluqçu İslam Əhmədov və erməni terror nəticəsində şəhidlik zirvəsinə ucalmış Fidan Qurbanovaya həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub.
Tətdbirdə şəhid ailələri, 316 saylı tam orta məktəbin şagirdləri, Azərbaycan Memarlıq və İnşaat Universitetininin tələbələri və digər qonaqlar iştirak edib.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi oktyabr ayının 31-ə qədər davam edəcək.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Pensiya və maaşlarda artımla bağlı yeni açıqlama - Video

Gəncədəki dəhşətli qəzanı orta məktəb şagirdi törədib - Fotolar, Yenilənib

Qoşunlar sərhədboyu 4 istiqamətdə cəmləşdirilib, hədəf paytaxtı tutmaqdır

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist vəfat edib

“Qaraheybət” şəhidi Elmir Həsənovun atası: “Oğlum 7 medalla təltif edilmişdi”

Helikopter qəzası ətrafında yayılan söz-söhbətlər həqiqətə nə qədər yaxındır?

Goranboyda Türkiyə vətəndaşları dəm qazından ölüb, 1 nəfərin vəziyyəti ağırdır - Yenilənib

Vahid Ələkbərovun bankı müştərisinin 50 manatına qalıb?.. - Video

Ən çox oxunanalar