Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəfil ölümün səbəbləri

“Piylənmə kardiomiopatiyanın və xroniki ürək çatışmazlığının yaranmasına səbəb olur ki, bu da mədəcik aritmiasının əmələ gətirdiyi qəfləti ölüm hallarını artırır”.

“Report”un məlumatına görə, bunu kardioloq Tamaz Qaqloşvili “Kanal Beş”ə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, ürək-damar xəstəlikləri kəskin şəkildə cavanlaşıb və hazırda infarkt keçirən 35 yaşlı şəxs görmək çətin deyil:

“Hər il, xüsusilə qazanılmış və ya irsi yolla ötürülən aritmia hallarının sayı çoxalıb. Hipertoniya, piylənmə, ateroskleroz, miokard infarktı ürəyin elektrik fəaliyyətini dayandıra bilər. Atalarınızı, yaxın və qan qohumlarını tanımaq vacibdir. İstər ürək xəstəlikləri, istərsə də 50 yaşa qədər ölüm, erkən infarkt keçirən şəxsləri mütləq bilmək lazımdır”.

Həkim əlavə edib ki, ürək tutmasından əvvəl həmişə ürəkdə ağrı olmur:

“İnsanda qan təzyiqi düşər və o, huşunu itirə bilər. Nəticədə həkimlərin xəstəni xilas etməyə vaxtları çox az olur. 30 yaşından etibarən ürək müayinəsi vacibdir. Bu, ilk növbədə piylənmə və ya təzyiq problemi olanlara aiddir. Ayrıca ürək-damar xəstəliklərinin inkişafına səbəb olan xroniki yorğunluq sindromundan çəkinmək lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar