Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qədim dünyanın yeddi möcüzəsindən biri - Foto

Müasir Misirin ikinci ən böyük şəhəri olan İsgəndəriyyədə Aralıq dənizinin sahilindəki qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilən kitabxananın qalıqları üzərində tikilən İsgəndəriyyə Kitabxanası elmi tədqiqatlar mərkəzi olmaqla yanaşı, turistlərin sevimli məkanıdır. "Silsilə" adlanan bu məkanda qədim yunan-roma mədəniyyətinin qalıqları tarixçi alimlər üçün əvəzolunmaz mənbədir. Beynəlxalq ictimaiyyət 1600 il əvvəl güclü yanğına məruz qalmış bu qiymətli abidənin bərpası üçün böyük səylər göstərib. 1490-cı ildə isə şəhərin şərq limanında yerləşən ərazidə Qayıt Bəy Məmlük Qalası tikilib.

Misirli tədqiqatçı Munir Əl Səid AZƏRTAC-a bildirib ki, tarixçi alimlər qədim İsgəndəriyyə Kitabxanasının tikilməsi təşəbbüsünün eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən irəli sürüldüyü fikrində həmrəydirlər. Dünyanın ilk ən böyük ictimai kitabxanasının tikintisini isə eramızdan əvvəl III əsrdə Misir fironu I Ptolemey başa çatdırıb. Təxminən 700 min kitab və əlyazmanın olduğu bu elm ocağı sayəsində qədim yunan və Misir mədəniyyətinin sintezi olan Ellinizm sivilizasiyasının əsası qoyulub. Eramızdan əvvəl 48-ci ildə İsgəndəriyyə sahillərində gəmiləri yandıran Qədim Roma imperatoru Yuli Sezar bu kitabxananın böyük bir hissəsini də külə döndərib. Misirin ərəb istilasına məruz qaldığı 640-cı ildə İsgəndəriyyə Kitabxanası yenidən yandırılıb.

Müasir İsgəndəriyyə Kitabxanasının tikintisi ideyası isə 1986-cı ildə Misir hökuməti, UNESCOBMT İnkişaf Proqramı tərəfindən irəli sürülüb. Yeni binanın layihəsini hazırlamaq məqsədilə 100-dən çox memarlıq şirkəti arasında müsabiqə keçirilib və Norveçin "Sonetta" firması qalib elan olunub. 1998-ci ildə tikintisinə başlanılan kitabxana binası 2002-ci ildə istifadəyə verilib. Sahəsi 36 min kvadratmetr olan kitabxananın fondunda ərəb, ingilis, fransız, alman, italyan və ispan dillərində 2 milyondan çox kitab saxlanılır. Onların arasında Azərbaycanın qədim tarixini əks etdirən nüsxələr də var. 2007-ci ildə İsgəndəriyyə Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair üçillik fəaliyyət proqramı da imzalanıb. 2015-ci ildə isə Beynəlxalq Nizami Gəncəvi Mərkəzi burada dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş konfrans keçirib. Dahi şair və mütəfəkkir haqqında yazılmış ərəbcə əsər, həmçinin AMEA-nın Tarix İnstitutunun ərəb dilində nəşr olunmuş "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", "Real tarix və "böyük Ermənistan" uydurması" kitabları və İrəvan xanlığı ilə bağlı broşürlər də İsgəndəriyyə kitabxanasının fonduna daxil edilib.

İsgəndəriyyə Kitabxanasında müxtəlif yaş qruplarında, habelə görmə qüsurlu oxucular üçün xüsusi zallar, incəsənət və multimedia bölmələri də mövcuddur. Kitabxananın üçüncü mərtəbəsindəki Nobel mükafatı zalında isə görkəmli alim və yazıçılara həsr olunmuş eksponatlar sərgilənir.

pia.az 


Etiket: Misir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar