Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova qəbul imtahanında gözlənilən güzəşt məsələsinə münasibət bildirib.
Şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, mövzuların ixtisarı aparılıb: "Xüsusilə çətin mövzular ixtisara salınıb. Bu siyahı artıq Dövlət İmtahan Mərkəzinə göndərilib. DİM bunu nəzərə alaraq həmin mövzular üzrə suallar salmayacaq".
pia.az