Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qəbul edilmiş qətnamə Fransanın yeni uğursuz addımıdır

Amid Əliyev yazır...

Gözlənildiyi kimi 25 noyabr tarixində Fransa Respublikası Parlamentinin yuxarı palatası olan Senatda qondarma “Dağlıq Qarabağ Respublikası”nın hüquqi statusunu tanıyan qətnamə qəbul edilmişdir. Bununla da Fransa bir daha Azərbaycan ordusu tərəfindən Qarabağın erməni işğalından azad olunmasını həzm edə bilmədiyini açıq-aşkar sərgiləməkdə davam edir. Bu da öz növbəsində heç də təsadüfi sayıla bilməz. Belə ki, Fransa son 30 ildə olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədri olduğu təqdirdə bitərəf, ədalət və haqqa əsaslanan mövqe göstərmək əvəzinə, işğalçı Ermənistanın qəsbkar siyasətini dəfələrlə rəsmi şəkildə müdafiə etdiyini göstərmişdir. Bununla da Fransa ATƏT-in prinsipləri, BMT-nin Nizamnaməsi, ATƏT-in Helsinki yekun aktının müddəları və beynəlxalq hüquqla onun üzərinə düşən öhdəlikləri kobudcasına pozmuşdur. Belə olan halda, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi olması, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məqsədi, məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar və narahatlıqlar yaranır. Çünki Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir. Qəbul edilmiş qətnamənin hüququ qüvvəsi olmasa belə, bu addımın siyasi qərar olması Azərbaycan cəmiyyətində olduqca ciddi narazılıqla qarşılanmışdır.

Lakin Senatın bu qərəzli qətnaməni qəbul etməsi Fransa hökümətinin bu məsələ ilə bağlı son söz deməsi anlamına gəlməməlidir. Prosedura əsasən, hələ bu məsləyə Fransa Parlamentinin aşağı palatası olan Milli Assambleyada da baxılmalıdır. Əgər burada da səsvermədən keçsə, o zaman hökümətə təqdim edilir və hökümətin müvafiq qərarı olduqdan sonra artıq bu zaman rəsmi olaraq Fransa dövlətinin mövqeyi kimi qəbul edilə bilər.

Bu yaxınlarda Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bu məsələ ilə bağlı mövqeyini bildirərək qeyd etmişdir ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair çağırış Fransa tərəfindən qəbul edilmiş beynəlxalq və ikitərəfli öhdəliklərə ziddir və buna görə də, beynəlxalq hüquqa hörmətlə yanaşanlar tərəfindən qəbul edilə bilməz. Fransa üzərinə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı öhdəlik götürüb və hər hansı yeni diplomatik mövqe Dnestryanı (Moldova) və ya Şimali Osetiya (Gürcüstan) kimi bir çox separatçı ərazilərin tanınmasına yol açaraq, ölkəmizin beynəlxalq öhdəliklərinə yenidən dönüşünü doğurur. Fransa Sosialist Partiyasının Milli Bürosunda Dağlıq Qarabağda vəziyyətlə bağlı mətnə etiraz edən Jerom Lamber fransız siyasətçilərini bir qrup ifratçı erməninin diktəsi ilə oturub-durmamağa, hər hansı bir qərar qəbul edərkən diqqətli olmağa və onun nəticələri haqqında düşünməyə səsləyib. O, eyni zamanda, həmkarlarının Dağlıq Qarabağla bağlı səsləndirdikləri fikirlərin Fransanın qəbul etdiyi beynəlxalq və ikitərəfli öhdəliklərə tamamilə zidd olduğunu, eləcə də beynəlxalq hüququn bir neçə prinsipini, xüsusilə sərhədlərin toxunulmazlığı prinsipini pozduğunu diqqətə çatdırmışdır. Son günlərdə isə Fransa prezidenti Makron tərəfindən Dağlıq Qarabağ və onun ətrafında yerləşən ərazilərin beynəlxalq hüquqa əsasən, Azərbaycan ərazisi olması faktını səsləndirməsi onu deməyə əsas verir ki, Fransa dövlət səviyyəsində bu faktı tanımayacaqdır. Bu, yalnız Fransada fəaliyyət göstərən erməni lobbisinin ürəyini xoşhal etməkdən ibarətdir. Qətnamənin qəbulundan dərhal sonra Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirərkən demişdir:

“Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri, nə də Avropa üçün faydalı olardı. Fransa XİN rəsmisinin sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa tərəfdaşlarının siyasətini əks etdirmir”.

10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən, işğal olunmuş bütün ərazilər müəyyən olunmuş cədvəl əsasında Azıərbaycana qaytarılır. 44 gün ərzində Azərbaycanın Ali Baş komandanının rəhbərliyi altında Azərbaycan ordusunun əldə etdiyi uğurları və qələbəni Fransa kimi qərəzli dövlətlərin qəbul etdiyi qərarlar kölgələyə bilməz. Artıq münaqişənin hərbi mərhələsi bitmişdir. Siyasi mərhələyə uyğun olaraq müvafiq danışıqlar aparılır. Bu danışıqlarda isə Fransa tərəf kimi iştirak etmir. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan höküməti tərəfindən rəsmi olaraq infrasrukturun yenidən yaradılması işinə start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə yaşayacaq erməni əsilli vətəndaşların statusu isə sırf Azərbaycan dövlətinin daxili işidir və bu, Azərbaycan Respublikasının Konstitusiyasında dini, irqi və etnik mənsubiyyətindən asılı olmayaraq, ərazisində yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə təminat verməsi ilə öz əksini tapmışdır. Heç bir dövlət, təşkilat və ya qurum Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə mane ola bilməz.

Amid Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“O mənim 10 milyon manat pulumu mənimsəyib” – “Şərurlu İsfəndiyar”  

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Polkovnik Tehran Mənsimov fəaliyyətini idarə rəisi vəzifəsində davam etdirir

Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu – Həyati təhlükəsi var

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

O heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir! – Hüquq müdafiəçisi

Vilayət Eyvazov Xalq artistinin polkovnik ərini işdən çıxardı 

Erməni mənbələri: Ermənistan hərbçiləri Qarabağdan çıxarılır

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib - Video

Xanlar Vəliyevin “dəyişməz hədəf”i: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir?

Tehran Mənsimov Şuşa əməliyyatından danışdı

Ən çox oxunanalar