Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Qəbələyə turist aparan avtobus qəzaya düşüb: 3 ölü,15 yaralı - Yenilənib, Video, Foto

Turist aparan avtobus qəzaya düşüb...

Bu gün İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3 nəfərə çatıb, 15-ə yaxın yaralı var.

PİA.az APA-ya istinadən xəbər verir ki, Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Hər iki avtomobil zərbənin təsiri nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı “VAZ 2106”-da olan ana və ata hadisə yerində, bir övladı isə xəstəxanada ölüb.

***

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nıın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllıŞamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Fotolar

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Qəbələ qəza


loading...

Ən çox oxunanalar