Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbələ”nin Türkiyədəki ilk rəqibi açıqlandı

"Qəbələ" 2019-2020-ci illər mövsümünün hazırlıqlarına iyunun 17-də start verəcək

PİA.az klubun saytına istinadən bildirir ki, "qırmızı-qaralar" ilk təlim-məşq toplanışını Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək. Sənan Qurbanovun çalışdırdığı komanda hazırlığın birinci mərhələsini iyunun 29-da keçiriləcək yoxlama oyunu ilə başa vuracaq. "Qəbələ" Bakıda "Zirə" ilə görüşdə qüvvəsini sınayacaq. Qarşılaşmanın ertəsi gün bərpa prosesi keçəcək futbolçular ardınca istirahətə buraxılacaq. İkigünlük istirahətdən sonra bir araya gələcək "qırmızı-qaralar" iyulun 3-də növbəti məşqini gerçəkləşdirəcək.

Ayın 4-də isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. "Qəbələ" iyulun 18-dək Boluda hazırlıq keçəcək. Toplanış çərçivəsində üç yoxlama oyunu nəzərdə tutulub. Qurbanov yetirmələrini ayın 7-də, 12-də və 17-də keçiriləcək matçlarda sınayacaq. Sınaqçı rəqiblərdən birinin adına da artıq aydınlıq gəlib. İlk yoxlama oyununda komanda Ukrayna təmsilçisi "Mariupol"la üz-üzə gələcək. Ötən mövsüm Ukrayna Premyer Liqasında 4-cü yeri tutan bu komanda da "Qəbələ" kimi Avropa Liqasında çıxış edəcək.

Xatırladaq ki, Azərbaycan kubokunun qalibi olan "qırmızı-qaralar" Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

pia.az


Etiket: Qəbələ Rəqib

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar