Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
PİA.az xəbər verir ki, rayonunun Savalan kəndi ərazisində şəhər sakini B.Abdurəhmanovun idarə etdiyi “Seat” və Ağdaş rayon sakini Xəqani Nəsirovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub.
Nəticədə X.Nəsirov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş digər sürücünün vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Qəbələ rayon polis şöbəsində araşdırma aparılır.
pia.az