Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbələ” Azərbaycan kubokunun qalibi olub

Bu gün Azərbaycan kubokunda 2018/19 mövsümünə yekun vurulub

Yarış Naxçıvan Muxtar Respublikası Stadionunda keçirilən final oyunu ilə başa çatıb.

Avropa Liqasına vəsiqə verən mükafat uğrunda matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib. İndiyədək kuboku qazanmayan rəqiblər tarixlərində ilk titul üçün mübarizə aparıblar.

İkinci dəfə Naxçıvanda baş tutan finaldan öncə açılış mərasimi və konsert proqramı təşkil olunub. Ardınca start fiti verilən oyun erkən qolla başlayıb. Stiven Monroz 4-cü dəqiqədə hesabı açıb.

Bu top matçın taleyini həll edib. Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi adına yiyələnib.

Qeyd edək ki, “QəbələAvropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Azərbaycan kuboku
Final
19 may (bazar)
Qəbələ” – “Sumqayıt” – 1:0
Qol: Stiven Monroz, 4
Qırmızı vərəqə: Cavid Tağıyev ("Sumqayıt") - 90+5
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası Stadionu

pia.az


Etiket: “Qəbələ”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar