Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər

Qazlı suyun orqanizmimizə zərərlərini bilək

Qida rasionumuza daxil olan qazlı suyun sağlamlığa necə təsir göstərdiyi təəssüf ki, çox vaxt diqqətdən kənarda qalır. Mütəxəssislər gündə 1 şüşə qazlı su içilməsinin xüsusilə uşaqların yaddaşının pisləşməsinə aparıb çıxardığına səbəb olduğunu söyləyirlər. Ona görə də həkimlər uşaq yaşlarında şirin qazlı sulardan istifadə edilməsini minimuma endirməyi məsləhət görürlər.

Pia.az bildirir ki, həkim-terapevt Taleh Abbasov AZƏRTAC-a deyib: "Yay aylarında günün isti saatlarında çox soyuq qazlı su içilməsi mədə-bağırsaq sisteminə olduqca mənfi təsir göstərir, çünki onun tərkibində qaz çox olduğuna görə orqanizmə daxil olaraq mədə və bağırsaqda köp yaranmasına səbəb olur".

Aparılan laborator araşdırmaları göstərir ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur. Hətta bir qədər artıq istifadə edilməsi insulta səbəb ola bilər. Üstəlik qazlı su şəkərli diabet xəstələrində şəkərin miqdarının artmasına səbəb olan içkidir və bu xəstəlikdən əziyyət çəkənlərə qadağan edilir.

Qida təhlükəsizliyi mütəxəssisləri şüşə qablarda olan su və su məhsullarının alınmasını məsləhət görürlər. Uzun müddət günəş şüaları altında qalan xüsusilə plastik qablarda olan su və su məhsulları istinin təsiri altında miqrasiya edərək tərkibində olan kimyəvi elementləri suya keçirir və bu, orqanizmə mənfi təsir göstərir.

Orqanizmin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi suyun qəbul edilməsidir. Gün ərzində orqanizmin tələbat duyduğu qədər rəngsiz və qatqısız su içilməsi sağlamlıq baxımından daha vacibdir.

Pia.az


Etiket: qazlı su

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar