Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qazın üstündə pul da verəcəklər ki, kimsə alsın” - İqtisadçı

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib...

Avropa qaz bazarında unikal vəziyyət yaranıb. Qaz saxlama anbarları 70 faizdən çox dolub, istehlak həm təbii (yay mövsümü), həm də pandemiyadan doğan səbəblərlə kəskin aşağı düşüb. Bundan başqa sıxılmış qaz (LNG) daha ucuz başa gəlir deyə, tankerlərlə daşınan qazın qiyməti də ucuzlaşır. Qətər çox aqressiv şəkildə Avropa bazarına qaz satmağa, ABŞ isə Körfəz ölkələri ilə birgə RusiyaAvropa bazarlarından sıxışdırmağa başlayıb. Qazın qiyməti həm uzunmüddətli müqavilələr ilə (neftin qiymətinə uyğun formul ilə), həm də spot (fiziki) bazarda müəyyənləşir”.

PİA.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert qeyd edib ki, ötən həftə Avropada satılan qazın spot bazarında 1000 m3-nin qiyməti məkanından asılı olaraq dəyişib: Holland TTF qaz ticarəti platformasında 1000 m3 qaz 26.4 dollar, Avstriyanın Baumqarten xabında (Rusiya qazının qiymətinə təsir edən ticarət platformasıdır) 1000 m3 qaz 49,7 dollar, Britaniyanın NBP qaz ticarəti xabında isə 1000 m3 qaz 29 dollar olub. Bu ayın son iki günü bir çox spot kontraktlarının son günüdür, ona görə də may ayının 30-u və 31-də qaz qiymətləri spot bazarında mənfiyə düşə bilər, yəni satıcılar qazın üstündə pul da verəcəklər ki, təki kimsə alıb qaz saxlama anbarlarına vursun. Rusiyanın 2020-ci ilin mart ayında Avropaya satdığı qazın orta qiyməti hər 1000 m3 üçün 125 dollar olub. İndi “Qazprom”un bu il üçün bağladığı müqavilələrin ilk mərhələsi bitir, iyunda yeni müqavilələr bağlanacaq, Rusiya QətərABŞ-la rəqabətə davam gətirmək üçün Avropaya böyük endirim edəcəyini açıqlayıb, çox güman qaz qiymətləri 100 dolların altında olacaq”.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar