Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qazıblar və yenə qazacaqlar!” – Türkiyə XİN-dən Avroittifaqa sərt cavab

Türkiyə Kipr sahillərində qazma işlərini davam etdirəcək

«Türkiyə Avropa İttifaqının (Aİ) sanksiyaları fonunda Kipr sahillərində qazma işlərini davam etdirəcək və fəallaşdıracaq».

Bu barədə iyulun 16-da Türkiyəin Xarici İşlər Nazirliyi (XİN) bəyan edib («Anadolu»).

«Türkiyə özünün və kiprli türklərin hüqularını qorumaqda davam edəcək, bu istiqamətdə öz fəaliyyətini aktivləşdirəcək. Bu qərar göstərir ki, Avropa İttifaqı Kipr məsələsinə nə qədər qərəzli yanaşır, çünki bu rayonun təbii ehtiyatlarına kiprli türklər də barəbər hüquqa malikdirlər. Amma Avropa İttifaqının qərarında onlar xatırladılmır və görməzliyə vurulur» – deyə, XİN qeyd edir.

Bəyanatda göstərilir ki «Aİ-nın qərarı onun axırıncı nümunəsidir ki, yunanlar və kiprli yunanlar özlərinin maksimalist mövqelərinə uyğun olaraq, Aİ-a üzvlüklərindən necə sui-istifadə edirlər və bu zaman Aİ-nın digər üzvləri onların maksimalist niyyətlərinin reallaşdmasında bir alətə çevrilir».

Bundan əvvəl xəbər verildiyi kimi, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Türkiyəyə qarşı sanksiya paketini bəyəniblər. Sənəd, Türkiyənin Kipr sahillərində qazma işləri aparmasına qarşı yönəlib. Bu məqsədlə, onlar Türkiyəyə maliyyə köməyini məhdudlaşdırmaq niyyətindədirlər və həm də Türkiyə ilə hava daşımaları üzrə yeni sazişin bağlanması istiqamətindəki danışıqları dayandırmaq qərarına gəliblər.

Türkiyənin qazma işlərini davam etdirəcəyi təqdirdə, Aİ ölkələri yeni sanksiyaların tətbiq olunacağını da vəd edirlər.

Türkiyə «Kiprin istisnasız iqtisadi zonası» adlandırılan əraziyə iddia edir. May ayının əvvəlində bu rayona «Fateh» qazma gəmisi göndərib. Budan sonra Kipr hakimiyyəti gəmi ekipajının həbs olunmasına sanksiya verib.

İyulun 10-da Türkiyə XİN xəbər verib ki, «Yavuz» adlı qazma gəmisi Kiprin şərq sularına daxil olub və tezliklə geoloji-kəşfiyyat işlərinə başlayacq.

Hiss olunur ki, qərb gücləri növbəti dəfə Türkiyəyə qarşı təzyiq göstərmək məqsədilə, bu təxribaçı davranışı ortaya atıblar. Belə ki, ABŞ prezidenti Donald Tampın birtərəfli «sanksiya siyasətini» pisləyən Avropa ölkələri indi özləri Türkiyəyə qarşı birtərəfli qaydada sanksiyalar uydurur, mübahisənin Birləşmiş Millətlər Təşkilatının (BMT) müzakirəsinə çıxarılmasından yan keçirlər.(AzPoitika.info)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar