Türkiyə beynəlxalq uçuşları bərpa etmək üçün 92 ölkə ilə danışıqları başa çatdırıb. Türkiyə artıq 48 ölkə ilə müntəzəm və qeyri müntəzəm uçuşları davam etdirir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanla Türkiyə arasında müntəzəm aviauçuşlar sentyabrın 1-dən bərpa ediləcək.
Qeyd edək ki, Türkiyə yeni koronavirusa yoluxma hallarının artması səbəbindən iyulun 4-də Qazaxıstana uçuşları dayandırmışdı.
Xatırladaq ki, iki ölkə arasında iyunun 20-də bərpa edilən aviauçuşlar, koronavirusa yoluxmanın artması səbəbindən iyulun 4-də yenidən dayandırılmışdı .
pia.az