Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanın ilk prezidentinin qızı və nəvəsinin əmlakına həbs qoyuldu

Bu barədə BBC “Transparency İnternational və Finance Uncovered” tərəfindən aparılan istintaqa istinadən xəbər yayıb...

Böyük Britaniyada Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qızı və nəvəsinin əmlakına “İzahedilməmiş Sərvət Sərəncamı” (Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün qanundur - red.) əsasında həbs qoyulub.

Bu barədə BBC “Transparency İnternational və Finance Uncovered” tərəfindən aparılan istintaqa istinadən xəbər yayıb.

Bildirilir ki, Nursultan Nazarbayevin qızı - Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayeva, onun böyük oğlu Nurəli Əliyev və həyat yoldaşı Aida 100 milyon dollardan çox qiyməti olan mülk alıblar.

Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin müstəntiqlərinin bildirdiyinə görə, Antil adaları, Panama və Angilya ofşorlarında sənədləşdirilən mülklər cinayət yolu ilə əldə edilib.

London Ali Məhkəməsi 2019-cu ildə üzərinə həbs qoyulan əmlak sahiblərinin etirazlarını qəbul etmədən, bu məlumatların açıqlanmasına icazə verib.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar