Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanın hüquq müdafiəçiləri də Azərbaycanın Ədliyyə Nazirliyinə etiraza qalxdı — Kamran Əliyevə müraciət

Azərbaycanda saxta müqaviləyə əsaslanaraq məhkəmələrin femida tarixində misli görünməmiş haqsız qərarlar çıxarması, vətəndaş Fikrət İbrahimovun fırıldağının tərəfini saxlaması və Ədliyyə Nazirliyinin nazir Fikrət Məmmədovla qohumluğuna görə bu işdə adıçəkilən şəxsi qoruması, haqlı olan qarşı tərəfə - vətəndaş Sakin Ağayevə əsassız yerə cinayət işi açıb onu girova çevirməsi, ölkədən çıxışına stop qoydurması ilə bağlı səs-küylü qalmaqal böyüməkdədir.

Məlumdur ki, F.İbrahimovun 698 min dollarlıq saxtakarlığı və bu məsələdə məhkəmələrdən aldığı dəstək barədə ölkənin bütün aparıcı medi quruluşları geniş, müfəssəl faktlar təqdim ediblər, Pirallahı rayon məhkəməsindən başlayaraq Ali Məhkəməyə qədər saxta müqaviləyə istinad edilərək qətnamələr çıxarılması haqda dolğun informasiyalar veriblər.

Eyni zamanda ölkənin tanınmış hüquq müdafiəçiləri Birgə İşçi Qrupu adından dövlət rəhbərliyinə və aidiyyatı orqanlara müraciət ünvanlayıblar və bunun mətni əksər KİV-lərdə işıqlandırılıb, Ədliyyə Nazirliyinin qanunsuz hərəkətləri ifşa olunub.

Rublika.Az xəbər verir ki, artıq hüquq müdafiəçilərinin səsinə Qazaxıstanın vəkilləri, hüquq müdafiəçiləri səs verməyə başlayıblar.

F.İbrahimovun S.Ağayevi Qazaxıstanda aldatması, pulunu verməməsi, bu azmış kimi borclu çıxarması qonşu ölkənin məhkəmələrinin çıxardığı qərarlarda da öz təsdiqini tapıb. Lakin Azərbaycan tərəfi beynəlxalq konvensiyanın müvafiq bəndlərini pozaraq Qazaxıstan məhkəmələrinin qərarını tanımırlar.

Baş Prokurora və səfirə saxtakarlıq faktları

Artıq bu işlə bağlı Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, o, İbrahimov Fikrət Vəli oğlu ilə mülki-hüquqi münasibətlərdə vətəndaş Rəhimli Vüsalə Mahmud qızının (Sakin Ağayevin həyat yoldaşı - red) mənafeyini təmsil edir.

K.Batırbayevin sözlərinə görə, 7 oktyabr 2002-ci ildə Kişinyov şəhərində “Mülki, Ailə və Cinayət işləri üzrə Hüquqi yardım haqqında” Beynəlxalq Konvensiya imzalanıb. Hüquq müdafiəçisi xatırladır ki, bu konvensiya həm Qazaxıstanda, həm Azərbaycanda ratifikasiya olunaraq 27 aprel 2004-cü ildən qüvvəyə minib:

“Sizə müraciət etməyimin səbəbi Bakının yerli məhkəmə orqanlarının yuxarıda qeyd olunmuş konvensiyanın maddələrini pozmasıdır. Belə ki, Pirallahı rayon məhkəməsinin qərarı ilə 26 iyul 2017-ci il tarixdə İbrahimov Fikrət Vəli oğlunun xeyrinə Rəhimli Vüsalə Mahmud qızı, onun həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğlu və qızı Ağayeva Dilarə Sakin qızından birgə qaydada 698 000 ABŞ dolları miqdarında pul vəsaitinin tutulması barədə qətnamə çıxarılıb.

İbrahimov Fikrət Vəli oğlu Qazaxıstanın səlahiyyətli məhkəməsinə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin yuxarıdakı qərarının tanınması və icrası üçün vəsatətlə müraciət edib.

Qazaxıstanının Mangistau vilayətinin Aktau şəhər 2 saylı Məhkəməsi yuxarıda qeyd olunmuş Konvensiyanın müddəalarına tam uyğun olaraq, 3 oktyabr 2018-ci il tarixli qərarı ilə İbrahimovun vəsatətini təmin edib və İcra vərəqi verib”.

Qazaxıstan məhkəmələri Pirallahı məhkəməsini rüsvay edib

Qazax vəkil göndərdiyi müraciətdə deyib ki, 26 oktyabr 2018-ci ildə Mangistau vilayətinin xüsusi icra məmuru Axanov tərəfindən icra prosesi başladılıb: “Həmçinin Mangistau Vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli Qərarı ilə Rəhimli Vüsalə Mahmud qızı ilə İbrahimov Fikrət Vəli oğlu arasında 14 iyun 2014-cü il tarixdə 14-02 saylı alqı-satqı müqaviləsi bağlandığı müəyyən edilib.

Müqaviləyə əsasən Rəhimli Vüsalə özünə məxsus “Töleş Manğıstau» MMC-nin öz pay hissəsini 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dollarına İbrahimov Fikrət Vəli oğluna satıb, məbləğ hələ də alıcı tərəfindən ödənilməyib.

Bununla əlaqədar olaraq Rəhimli Vüsalə Mahmud qızı Fikrət Vəli oğlu İbrahimova rəsmi ərizə göndərərək onun 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dolları dəyərindəki borcunun 698.000 ABŞ dolları, yəni Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi ilə müştərək qaydada Rəhimli Vüsalə Mahmud qızı, Ağayev Sakin Abdulhüsyin oğlu və Ağayeva Dilarə Sakin qızından tutulmalı məbləğ miqdarında qarşılıqlı borcların əvəz olunması (zaçot alınması) yolu ilə ödənilir.

Yəni Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi ilə İbrahimov Fikrət Vəli oğluna ödəniləcək məbləğ onun Rəhimli Vüsalə Mahmud qızına olan borcunun 698.000 ABŞ dolları dəyərində azaldılması hesabına ödənilib.

Bundan sonra Rəhimli Vüsalə aparılmış əvəzləşmə nəticəsində icraatın dayandırılması ərizəsi ilə məhkəmə icraçısına müraciət etmişdir.

Mangistau vilayətinin məhkəmə icraçısı Axanovun 3 mart 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli Qətnaməsi icra olunduğuna görə icraata xitam verilib və Qazaxstan dövlət orqanları Azərbaycan dövlətini bu barədə rəsmi olaraq məlumatlandırıblar”.

Hüquq müdafiəçisi Baş prokurora müraciətdə əlavə edib ki, İbrahimov Fikrət Vəli oğlu məhkəmə icraçısının sözügedən Qərarı ilə razılaşmadığı üçün məhkəməyə şikayəti ərizəsi ilə müraciət edib:

“Mangistau vilayətinin Aktau şəhər 2 saylı məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı ilə İbrahimovun iddiası rədd edilmiş, yəni məhkəmə icraat işlərinin bağlanmasını qanuni saymışdır.

İbrahimov bu qərarla razılaşmayaraq yuxarı məhkəmə instansiyasına şikayət vermiş, Mangistau vilayət məhkəməsinin (apelyasıya instansiyası) 2 sentyabr 2020-ci il tarixli qərarı ilə Mangistau vilayətinin Aktau şəhər 2 saylı məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı dəyişdirilməmiş qalmış və İbrahimovun apellyasiya şikayəti təmin edilməmişdir.

Qazaxıstan Respublikası Ali Məhkəməsi Hakimlərinin 5 aprel 2021-ci il tarixli qərarı ilə İbrahimovun tələbi ilə Ali məhkəmədə İcraatın başlanılması iddiası da rədd edilmişdir.

Beləliklə, Qazaxıstan Respublikasının bütün məhkəmələri məhkəmə icraçısının Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarının icrası ilə əlaqədar icraatın dayandırılması barədə hərəkətinin qanuni olduğunu təsdiqləmişdir.

Bundan başqa, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarının icrasına eyni vaxtda Azərbaycan Respublikası ərazisində də başlanıldığını öyrəndik.

Bu baxımdan, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarı Qazaxıstan Respublikası ərazisində icra olunduğundan, Azərbaycan Respublikası ərazisindəki icra prosesi dayandırılmalı və həmin icra işlərinə xitam verilməlidir. Lakin Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraçısı İlqar Allahverdiyev icraatı bağlamaqdan imtina etmişdir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı ilə Qazaxıstan Respublikası məhkəmələrinin əvvəlcədən qüvvəyə minmiş qərarına tamamilə zidd olaraq məhkəmə icraçısı İlqar Allahverdiyevin hərəkətləri qanuni sayılmışdır.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı 7 oktyabr 2002-ci il tarixli “Mülki, Ailə və Cinayət işləri üzrə Hüquqi yardım haqqında” Beynəlxalq Konvensiyanın 55-ci maddəsinə tamamilə ziddir.

Buna əsasən razılığa gələn tərəflərdən hər birinin ədliyyə sistemində verdiyi, qanuni qüvvəyə minmiş, icrası tələb olunmayan qərarlar, digər razılaşan tərəflərin ərazisində xüsusi icraat olmadan tanınır”.

Beynəlxalq Konvensiya kobud şəkildə pozulub

Müraciət müəllifi bildirib ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, Mangistau vilayət məhkəməsinin 2 sentyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılan Manqistau vilayətinin Aktau şəhər 2 saylı məhkəməsinin 2020-ci il 25 iyun tarixli qanuni qüvvəyə minmiş qərarlarına tamamilə məhəl qoymayaraq, yuxarıda qeyd olunan “Mülki, Ailə və Cinayət işləri üzrə Hüquqi yardım haqqında” Beynəlxalq Konvensiyanın 55-ci maddəsinin tələbini kobud şəkildə pozub:

“Göstərilənləri nəzərə alaraq səlahiyyətləriniz daxilində Bakı şəhərinin yerli məhkəmələrinin 07 oktyabr 2002-ci il tarixli “Mülki, Ailə və Cinayət işləri üzrə Hüquqi yardım haqqında” Beynəlxalq Konvensiyanın müddəalarına riayət etməsini təmin etmək üçün müvafiq tədbirlər görməyinizi xahiş edirəm. Vətəndaş Ağayev Sakin Abdülhüseyn oğlu mənim arqumentlərimi təsdiqləmək üçün bütün lazımi sənədlərə malikdir”.

Bir fırıldaqçının çirkin maraqlarına xidmət...

Bu müraciətin özü bir daha təsdiqləyir ki, istər Qazaxıstanın hüquq müdafiəçiləri və məhkəmələri, istər Azərbaycanın hüquq müdafiəçiləri kimin saxtakar, kimin zərər çəkən olduğunu çoxdan ayırd edə biliblər.

Ancaq Azərbaycan məhkəmələri, Fikrət İbrahimovun himayəçiləri, onun Ədliyyə Nazirliyində qoruyan sehirli əllər və nazirlə qohumluğu haqsızın tərəfini saxlayır, bu qədər müraciətlərə, faktlara baxmayaraq, görməzdən gəlir, bir nəfərin 698 minlik fırıldağına görə qanunları ayaqlar altına atır.

Pirallahı rayon Məhkəməsinin 26.07.2017-ci il tarixdə çıxardığı 2(094)-396/2017 saylı Qətnaməsi üzrə borc q1arşılıqlı zaçot vasitəsi Aktau şəhər Məhkəmə İcraçıları tərəfindən qanunvericiliyə uyğun şəkildə ilə tam icra olunmuş və icra işi tam yerinə yetirilməsi barəsində 03.03.2020-ci il tarixdə müafiq qərar qəbul edilərək tərəfəri məlumatlandırıb.

İcra işinin icra olunması barədə Qazaxıstan hökuməti tərəfindən AR Ədliyyə Nazirliyinə rəsmi bildiriş göndərilmişdir (bildirişin surəti əlavə olunur).

Yəni Pirallahı rayon Məhkəməsinin qətnaməsi saxta olsa belə, Qazaxıstan dövlət orqanları tərəfindən artıq icra olunduğuna görə Azərbaycanda eyni qətnamə üzrə paralel olaraq aparılan icra işinə xitam verilməlidir. Bir qətnamə üzrə icra işi ancaq bir dəfə icra oluna bilər.

Lakin Ədliyyə Nazirliyini və onun qurumları Azəırbaycanda eyni qətnamə üzrə paralel olaraq açılmış icra işinə xitam vermirlər, S. Ağayev və onun ailə üzvlərinə qarşı qoyulan məhdudiyyətləri aradan qaldırmırlar. Bir qətnamə üzrə icra işi neçə dəfə icra olunmalıdır?

Digər tərəfdən, Pirallahı rayon Məhkəməsinin Qətnaməsinin icra olumaması adı ilə CM-nin 306-cı maddəsinə (məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmə) əsasən Ədliyyə Nazirliyinin İstintaq idarəsində başlanmış qondarma cinayət işinə niyə xitam verilmir?

F.İbrahimova havadarlıq edən Ədliyyə Nazirliyi məmurunun təsiri altında İstintaq İdarəsinin müstəntiqi Malik Səfərovun 26 avqust 2020-ci il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilməsi barədə vəsatət heç bir qanuni əsas gətirilmədən rədd edilir?

Əgər bu istintaq işi məhkəmə qətnaməsinin icra olunmaması adı ilə açılıbsa və artıq həmin icra işi üzrə icra işi tam başa çatıbsa, İstintaq idarəsi nəyin istintaqı davam etdirilir? Niyə bir fırıldaqçının çirkin maraqlarını təmin etmək üçün hər bir qanunsuzluqlara əl atılır,
Niyə qanunsuz əməlləri açıq məhkəmə çəkişməsində sübuta yetirilən, lakin mötəbər bir şəxsin yaxın qohumu olduğu üçün F.İbrahimovun çirkin maraqları, ölkə qanunlarından və həmçinin beynəlxalq hüquq normaları və qanunlarından üstün tutulur, hətda Beynəlxalq Konvensiya qanunları pozularaq ölkəmiz adına ləkə salınır?

Birgə İşçi Qrupu məhkəmələri faktlarla darmadağın edir

Bir daha yada salaq ki, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri Sakin Ağayevin və ailəsinin başına gələnlərlə bağlı Prezident İlham Əliyevə, I Vitse-Prezident Mehriban Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, həmçinin F.Ələsgərovla S.Seyidova birgə müraciət ünvanlayıblar.

Bu faktın özü-özlüyündə təsdiqləyir ki, S.Ağayev hansı fırıldağın qurbanı olub deyə ölkənin tanınmış hüquq müdafiəçiləri məsələni araşdırdıqdan sonra onun hüquqlarının bərpası üçün dövlət rəhbərliyinə müraciət etməli olublar.

Müraciətdə Sakin Ağayevi və həyat yoldaşı Vüsalə Rəhimlini aldadaraq əmlakını mənimsəmiş və həmin əmlakın haqqını ödəməmək üçün qaçıb Azərbaycana gələrək saxta, möhürsüz və imzasız sənədlərlə, məhkəmə aidiyyat prinsipini pozmaqla gizli məhkəmə prosesinin keçirilməsinə nail olmuş Azərbaycan vətəndaşı Fikrət İbrahimov və ona havadarlıq edən dövlət məmurlarının hərəkətləri açıqlanır.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu həmin işi ölkə Prezidenti İlham Əliyevi şəxsi nəzarətinə götürməsini, Prezident Administrasiyasında şikayətçi tərəfi və onun vəkilinin qəbul edilməsini və bu qanunsuzluqları törədənlərin cəzalandırılmasını xahiş edir.

Qeyd edək ki, hazırda iş həm də Avropa Məhkəməsinin icraatındadır. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu hüquqi dövlətdə bu cür hallarin baş verməsini qətiyyətlə pisləyir və ədalətin bərpa olunmasını gözləyərək işi nəzarətində saxlayır.

İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçiləri tərəfindən qəbul edilmiş Ağayev Sakin Abdulhüseyn oğlu son 3 ilədək Qazaxıstanda ailəsi ilə birlikdə yaşamışdır. Gəmi təmiri və gəmiqayırma üzrə mühəndis, inzibati idarəçilik üzrə alimdir.

Sakin Ağayev Qazaxıstanda aldadılmış, pulu ödənilmədən əmlakı polis orqanlarından qovulmuş, lakin hansısa məmurun yaxın qohumu olan Fikrət İbrahimov adlı birisi tərəfindən əllərindən alınmışdır. Fikrət İbrahimov həmin əmlakı başqa şəxslərə satmış və qaçaraq Azərbaycana gəlmişdir.

Qazaxıstanda Ağayevlər ailəsi onu məhkəməyə verdiklərini eşidən F.İbrahimov kimlərinsə tapşırığı ilə Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovla əlaqəyə girib, iki hüquqi şəxs arasında guya bağlanmış saxta müqavilə tərtib edib (Ağayevlərin imzası və möhürü olmadan) və Azərbaycanda məhkəməyə müraciət edərək qanunsuz Qətnamə əldə etmişdir.

Ən dəhşətlisi də odur ki, cavabdeh tərəf kimi qeyd edilən Sakin Ağayev və həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızı nə belə bir saxta müqaviləni görmüşlər, nə də məhkəmə keçirilərkən Azərbaycanda olmuşlar. Məhkəmə işi Pirallahı rayon məhkəməsində heç cür baxıla bilməzdi (əgər iki hüquqi şəxs arasında belə müqavilə olsaydı da belə!)! Belə işlər yalnız İnzibati-İqtisad məhkəməsində baxıla bilər!

Deməli qanun çox kobud şəkildə pozularaq həm də aidiyyat prinsipi pozulmuşdur. Bu yolverilməz və analoqu olmayan bir haldır.

Hüquq müdafiəçiləri prezidentə müraciətdə bildirirlər ki, ikinci qanunsuzluq Qazaxıstan məhkəmələri tərəfindən Fikrət İbrahimova qarşı qaldırılmış iddialar təmin edilmiş və tanınma üçün Sakin Ağayevin həyat yoldaşı Vüsalə Mahmud qızı Rəhimli tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir, lakin yenə hansısa məmurun zəngi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Qətnaməni tanımaqdan heç bir əsas göstərmədən imtina edib.

Hər iki məsələ ilə bağlı Ağayevlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə iki müraciət göndərilmiş və hər iki iş icraata qəbul edilərək qovluq nömrəsi açılmışdır.

Üçüncü pozuntu: Qazaxıstan Respublikasında F.İbrahimova qarşı məhkəmə qərarının icra edilməsinə baxmayaraq artıq üç ilə yaxındır ki, vətəndaş Sakin Ağayev və qızı Dilarə Ağayeva haqqında onların Azərbaycandan çıxışına qadağa qoyulmuşdur.

Dördüncü pozuntu: Məhkəmə qərarı icra olunsa da belə, Sakin Ağayev və ailə üzvlərinə təzyiq edilmək məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarını icra edilməməsi ilə bağlı 2018-ci ildə cinayət işi qaldırılmışdır. Lakin bu günədək heç bir istintaq hərəkəti aparılmır, Qətnamənin Qazaxıstanda icrasına və bu barədə Azərbaycan Respublikası Ədliyyə NazirliyiQazaxıstanın rəsmi qurumları tərəfindən göndərilmiş sənədlərə məhəl qoyulmur.

Birgə İşçi Qrupu müraciətində əlavə edir: “Hörmətli cənab Prezident, üç ildir ki, Azərbaycan Respublikasında məmur girovluğunda saxlanılan Sakin Ağayevin və vəkilinin iştirakı ilə müraciət etdiyimiz məsələnin Prezident Administrasiyasının rəsmi şəxsləri tərəfindən araşdırılaraq Sizə məruzə edilməsi üçün göstəriş vermənizi Sizdən xahiş edirik”.(rubrika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar