Şənbə, 21 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qazaxıstanda qanlı yanvar dəhşətləri: öldürülənlərin sayı 1000-i keçə bilər

Qazaxıstanda qanlı yanvar hadisələri zamanı öldürülənlərin dəqiq sayı hələ də məlum deyil.

Ötən gün ölkənin Baş prokurorluğu bu hadisələr zamanı aralarında mülki sakinlər də olmaqla ən azı 225 nəfərin öldüyünün təsdiqləndiyini açıqlayıb. Baş prokurorluq öldürülənlərin əksəriyyətinin “silahlı quldurlar və terrorçular” olduğunu bildirir, lakin onların arasında südəmər körpəsini əmizdirərkən güllələnən gənc qadın, pensiyaçı ər-arvad, aptekdən dərman almaq üçün çıxan hadisələrə heç bir aidiyyatı olmayan sakin və digərləri var.

“Bu günə olan məlumata görə 4 578 zərərçəkən təsbit edilib, onlardan 4 353-ü yaralıdır, o cümlədən güc strukturlarının 3 393 əməkdaşı xəsarət alıb. Hadisələr zamanı ölkə morqlarına 225 nəfərin meyitləri gətirilib. Onlardan bir hissəsi terror aktlarında iştirak edən, dövlət binalarına və asayiş keşikçilərinə hücum edən silahlı quldurlardır. Ölənlər arasında 19 polis və hərbçi var. Təəssüf ki, terrorçuluq aktlarının qurbanları arasında dinc sakinlər də yer alır”, - Baş prokurorluq bildirir.

Lakin öldürülənlərin sayının dəfələrlə çox olduğu şübhə doğurmur və onların əksəriyyəti dinc sakinlərdir. Məsələn, Çimkənt xəstəxanalarından birinin morquna təkcə yanvarın 6-da ən azı 26 meyit gətirilib. Alma-Ata morqlarında isə nə qədər meyit qaldığı hələ də məlum deyil. Ölkə üzrə öldürülənlərin sayının 1000-dən çox olduğu bildirilir. Həbs edilənlərin sayı isə 10 mini keçib. Həbs edilənlərə polis idarələrində kütləvi şəkildə işgəncələr verirlər, işgəncələrə dözməyib ölənlər var. Son günlər hüquq-mühafizə orqanları jurnalistləri və bloggerləri, o cümlədən baş verən hadisələrə dair postlar və videolar paylaşan sosial şəbəkə istifadəçilərini də həbs edir.

Yüzlərlə adam itkin düşmüş hesab edilir, sosial şəbəkələrdə itkin düşənlərin siyahısı yerləşdirilib və bu siyahı hər gün genişlənir. Son məlumatlara görə itkin düşənlərin siyahısında 400-dən çox ad-soyad yer alır.

Öldürülənlərdən biri vətəndaş cəmiyyəti fəalı Darxan Ualiyevin qardaşı Aslan Ualiyevdir. Darxan “Azadlıq” radiosunun qazax xidmətinə deyib ki, onun qardaşı heç vaxt mitinqdə iştirak etməyib, taksi fəaliyyəti ilə məşğul idi və yanvarın 5-də təsadüfən Alma-Atanın mərkəzi meydanında olub, daha sonra onunla əlaqə kəsilib. Yanvarın 10-da Aslanın meyitini morqdan tapıblar, bədənində bir neçə güllə yeri olub. “Ola bilsin o hansısa müştərini şəhərin mərkəzi meydanına aparıb və orada öldürülüb. Meyitini günlərlə axtardıq. Məlum oldu ki, morqlardan meyitlərin bir qismini zirzəmilərdə gizlədiblər”, - Darxan bildirir.

Xatırladaq ki, şahidlər yanvarın 6-da axşam Alma-Atanın mərkəzi meydanına toplaşanlara rus dilində danışan və tanınma nişanları olmayan hərbçilərin atəş açdığını demişdi. Ehtimal edilir ki, bunlar KTMT kontingentindən bir neçə saat əvvəl şəhərə yeridilən Rusiya GRU xüsusi təyinatlıları və Vagner muzdluları olublar. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Bu ölkələr Kremlin hədəfindədir" - Rusiyalı general

DTX-dən əməliyyat: "Azəri Camaatı"nda döyüşən şəxs həbs edildi

İsa Qəmbər 180 manatlıq “pensiya”sına görə məhkəməyə üz tutur

Jurnalist Qadir İbrahimli dəfn olunub - Yenilənib

Rusiya hərbçilərinin Buça sakinlərini edam etməsinə dair yeni görüntülər yayılıb - Foto, Video

Kamran Əsədov: ""Poz, qazan"ın yerini dəyişə bilmiriksə, ən asanı universitetin yerini köçürməkdir?"

Mariupol 81 günlük mühasirədən sonra təslim olub

Qubada 5 il əvvəl törədilən qətlin üstü açılıb, saxlanılan var

Aleksandr Qavrutenko: “Rusiyanın geri çəkilməsi yalnız qaçmaq şəklində olacaq”

Ukraynada həlak olan azərbaycanlının kimliyi müəyyənləşdi - Video

Ən çox oxunanalar