Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanda ermənilər azərbaycanlılara hücum etdi: Ölən və yaralananlar var

Qazaxıstanın Nursultan şəhərində ermənilərlə azərbaycanlılar arasında baş verən kütləvi davada 1 soydaşımız öldürülüb, daha bir neçə nəfər xəsarət alıb...

Hadisə Nursultan şəhərində azərbaycanlılara məxsus kafenin qarşısında olub.

Belə ki, erməni millətindən olan şəxslər Qazaxıstanda yaşayan 19 yaşlı Tural İlqar oğlu Teymurovu təhqir edib. Bu zaman onlar arasında dava olub. İlkin məlumata görə, ermənilər ona bıçaqla xəsrət yetiriblər. Belə olduqda soydaşımızın yaxın qohumu, Azərbaycan əsilli Qazaxıstan vətəndaşı, 1995-ci il təvəllüdlü Etibar Ümidvar oğlu Teymurov köməyə gəlib. Lakin o, münaqişə zamanı ürək nahiyəsinə vurulan bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.

Bundan sonra tərəflər arasında davanın miqyası daha da böyüyüb. Nəticədə daha üç nəfər xəsarət alıb.

Qeyd edək ki, ölən azərbaycanlı uzun illərdir Qazaxıstanda yaşayıb. Mərhumun meyitinin sabah vətənə gətiriləcəyi və doğulduğu Masallı rayonunun Bədəlan kəndindəki qəbiristanlıqda dəfn olunacağı söylənilir.

Mərhumun dayısı Həşim Ağayev Qazaxıstanda Azərbaycan diasporunun üzvüdür .(Report)

pia.az


Etiket: dava


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ən çox oxunanalar