Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan və Rusiyanın imtina etdiyi viruslu pomidorlar Bakıda satışa çıxarılır? - Bu məhsul nə qədər zərərlidir...

Viruslu pomidorlar istehlakçıların sağlamlığına zərər verə bilərmi və AQTA ümumiyyətlə idxalı dayandırılan xəstə meyvələrin daxili bazarda satılması ilə bağlı hansı mövqe sərgiləyir?..

Azad İstehlakçılar Birliyinin sədri: “Azərbaycandan idxal olunan pomidorlarda aşkar olunan qəhvəyi meyvə qırışı virusunun insan üçün heç bir təhlükəsi yoxdur”. 

“Deyilən virus Azərbaycanda iki təsərrüfatda aşkar olunub. Həmin təsərrüfatlarda da Qazaxıstan və Rusiya mütəxəssisləri müəyyən işlər aparırlar”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan pomidorunun idxalının dayandırılması səbəblərinin PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyadan sonra dünəndən başlayaraq Qazaxıstan da Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb. Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib.

İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Bilirik ki, idxalın kəskin azalması səbəbindən hazırda Azərbaycan marketlərində pomidor çox ucuz qiymətə satılır. Bu pomidorlar istehlakçıların sağlamlığına zərər verə bilərmi və AQTA ümumiyyətlə idxalı dayandırılan xəstə meyvələrin daxili bazarda satılması ilə bağlı hansı mövqe sərgiləyir?

Pomidorların insan orqanizmə təsirləri və idxalının hansı səbəblərdən dayandırılmasını PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Bu məsələ birinci Rusiya tərəfindən qaldırıldı. Sonra isə aradan götürüldü. Düşünürəm ki, bu məsələdə iqtisadiyyatdan çox siyasət var”.

Pomidorda virusun aşkarlanmasında daha çox siyasi xarakterli dezinformasiya olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, Qazaxıstanın Azərbaycan pomidorundan imtibasından sonra yerli bazarda pomidorun qiyməti daha da aşağı düşəcək. Amma bu da müvəqqətidir. Ekspert düşünür ki, tezliklə problem ortadan qaldırılacaq:

Azərbaycandan idxal olunan pomidorlarda aşkar olunan qəhvəyi meyvə qırışı virusunun insan üçün heç bir təhlükəsi yoxdur. Sadəcə olar aşkar olunan virus pomidor istehsalının aşağı düşməsinə səbəb olur.

Bu məsələ birinci Rusiya tərəfindən qaldırıldı. Sonra isə aradan götürüldü. Düşünürəm ki, bu məsələdə iqtisadiyyatdan çox siyasət var. Bizim bilmədiyimiz siyasi səbəblərdən pomidorun idxalına belə yalançı sanksiyalar qoyulub.

Qeyd edim ki, deyilən virus Azərbaycanda iki təsərrüfatda aşkar olunub. Həmin təsərrüfatlarda da Qazaxıstan və Rusiya mütəxəssisləri müəyyən işlər aparırlar. Hesab edirəm ki, burada daha çox dezinformasiya var. Bu da yerli bazarda pomidorun qiymətinin aşağı düşməsinə səbəb olacaq. Amma bu da müvəqqətidir. Tezliklə problem ortadan qaldırılacaq.

Bu sahədə AQTA ciddi işlər aparır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar