Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan şirkəti üzən qazma qurğusunu Azərbaycana çatdıracaq

“Satti” özüqalxan üzən qazma quğusunun Azərbaycana çatdırılması ilə bağlı hazırlıq işləri görülür

Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçilik Şirkəti “Satti” özüqalxan üzən qazma quğusunun Azərbaycana çatdırılması ilə bağlı hazırlıq işləri görür.

“Report”un “İnterfax-Qazaxıstan”a istinadən verdiyi məlumatına görə, şirkətin baş direktoru Marat Ormanov bildirib ki, çatdırılma iyunun 1-nə planlaşdırılır.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “KazMunayQaz” şirkətləri arasında imzalanmış memoranduma əsasən, Qazaxıstan şirkəti “Satti” özüqalxan üzən qazma quğusunun "Caspian Drilling Company LTD." MMC-nintərsanəsinə çatdırılmasına məsuliyyət daşıyır. Qazma qurşusunun çəkilməsi üzrə operator “Kazmortransflot” şirkəti təyin edilib.

"Əməkdaşlıq çərçivəsində həmçinin qazma qurğusunun təkmilləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyətliyini artıracaq", - deyə M.Ormanov əlavə edib.

Qeyd edək ki, “Sətti” qurğusunun təkmilləşdirilməsi qazma qurğularının təkmilləşdirilməsi və tikintisi üzrə böyük təcrübəyə malik "Caspian Drilling Company LTD." şirkəti tərəfindən Bakıda elə ona məxsus "CDC Dəniz Təchizat və Logistika Bazası"nda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra “Caspian Drilling Company LTD." qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.

Müqaviləyə əsasən, qazma qurğusunun təkmilləşdirilməsi və sonradan Xəzər dənizində qazma əməliyyatlarında istismarı məqsədi daşıyır. Qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi dayazsulu “Abşeron” (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, SOCAR və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti arasında yanvarın 26-da Bakıda imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, "Caspian Drilling Company LTD." MMC-nin baş direktoru Fərid Axundov və “KMG Drilling & Services” şirkətinin baş direktoru Andar Şukputov tərəfindən fevralın 16-da Astanada “Satti” özüqalxan üzən qazma quğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar